PDF Oxu

Araşdırma

  • 12

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən biri təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş və müraciəti edən namizədin qeydə alınması barədə qərar qəbul edilib. Bir müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilib, birinin isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməyib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər