PDF Oxu

Araşdırma

  • 11

Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyası davam edir

Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyası davam edir
Dünən, Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova Şəmkir şəhər və rayonun Əliyaqublu kənd seçiciləri ilə görüşlər keçirib. Görüşdə YAP Şəmkir seçki qərargahının üzvü Məcid Şıxlinski çıxış edərək, noyabrın 7-də keçiriləcək parlament seçkilərində şəmkirlilərin böyük aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Bildirib ki, seçkilər ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan da, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılıb- deyən M.Şıxlinski parlament seçkilərinin də ölkəmizdə bundan öncə keçirilmiş seçkilər kimi vətəndaş mövqeyinə əsasən baş tutacağını söyləyib. Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarovanın ictimai fəaliyyəti haqqında Şəmkir seçicilərinə dolğun məlumat verən seçki qərargahının üzvü Azərbaycan qadınlarının ölkəmizin beynəlxalq arenada layiqli formada tanıdılması üçün tutmuş olduğu mövqeni xüsusi ilə qeyd edib. M.Şıxlinski noyabrın 7-də keçiriləcək parlament seçkilərində şəmkirliləri öz namizədlərinə dəstək olmağa və YAP-ın güclü ideyaları naminə, hər kəsi fəallıq nümayiş etdirməyə səsləyib.
Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş, Bakı Slavyan Universitetinin prorektoru, professor, filologiya elmləri doktoru Sahibə Qafarova ölkəmizdə qadınların rolundan, ictimai-siyasi proseslərdə onların tutmuş olduğu mövqedən bəhs etdi. Bildirdi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınlarını dünyada ən layiqli formada təmsil edir. S.Qafarova qadınların təhsil, səhiyyə, mədəniyyət sahələrində cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış etməsinin böyük önəm daşıdığını şəmkirlilərin diqqətinə çatdırıb. "Mədəniyyətimizin, tarixi abidələrimizin, milli mədəniyyət nümunələrimizin tərənnümü və beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanın zəngin irsinə yönəldilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başlıca fəaliyyət istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizin ziyalı qadınları da, həyata keçirilən bu böyük missiyada daha yaxından iştirak etməklə, öz vətəndaşlıq mövqelərini ifadə etmiş olurlar" - deyən S.Qafarova bununla yanaşı, qadınların cəmiyyətin ayrı-ayrı inkişaf tendensiyalarında tutmuş olduğu vəzifələrinin də əhəmiyyətinə toxunub. Şərqdə ilk dəfə Azərbaycan qadınının seçki hüququ əldə etdiyini bildirən professor S.Qafarova ölkəmizdə seçki qanunvericiliyində nəzərdə tutulmuş prinsiplərin demokratik dəyərlərə söykəndiyini də seçicilərin nəzərinə çatdırıb. Yeni Azərbaycan Partiyasının vahid seçki platforması əsasında seçkilərdə iştirak etdiyini bildirən filologiya elmləri doktoru S.Qafarova YAP-ın həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən birmənalı şəkildə qəbul olunduğunu da vurğuladı. BSU-nun prorektoru bu ilin noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş ən layiqli namizədlərin cəmiyyət tərəfindən böyük dəstək qazanacağına da ümid bəslədiyini dilə gətirib. Şəmkirlilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm önəm kəsb edən məsələlərdə həmişə böyük aktivlik nümayiş etdirdiyini bildirən professor S.Qafarova parlament seçkilərində də onların yüksək fəallıq nümunəsi göstərəcəyinə əmin olduğunu vurğulayıb.
Şəmkir şəhər və Əliyaqublu kənd seçiciləri adından çıxış edən sakinlər Yeni Azərbaycan Partiyasının siyasətinə yerlərdə də, böyük dəstəyin olduğunu bildiriblər. Seçicilər yekdilliklə noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən 98 saylı seçki dairəsindən namizədliyi irəli sürülmüş BSU-nun prorektoru Qafarova Sahibə Əli qızına dəstək olacaqlarını söyləyiblər.

Digər xəbərlər