PDF Oxu

Araşdırma

  • 7

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Astanada baş tuta bilər

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Astanada baş tuta bilər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) noyabrın əvvəllərində regiona növbəti dəfə səfər edəcəklər. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu zamana qədər isə vasitəçilər erməni işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı rayonlara oktyabrın 7-dən 13-dək gerçəkləşdirilən qiymətləndirici missiyanın hazırladığı daxili hesabatı ATƏT-ə və tərəflərə təqdim edəcəklər. Regiona budəfəki səfərləri zamanı vasitəçilər Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə aid məsələləri müzakirə edəcəklər. Həmsədrlərin tərəflərə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 10-da Strasburqda keçiriləcək sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkil olunmasını təklif edəcəkləri də gözlənilir. Nazirlərin Strasburq görüşü isə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyacaq. Prezidentlərin görüşünün ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulur

Digər xəbərlər