PDF Oxu

Araşdırma

  • 12

Ter-Petrosyan: "Ermənistandan hesab sorulacaq an yaxınlaşır"

Ter-Petrosyan: "Ermənistandan hesab sorulacaq an yaxınlaşır"
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan oktyabrın 19-da yeni bəyanatlar verib. Lideri olduğu Erməni Milli Konqresinin paytaxt Yerevanda keçirdiyi mitinqdə çıxış edən sabiq prezident hakimiyyəti Qərbin demokratik institutlarının tövsiyə və tələblərinə əhəmiyyət verməməkdə günahlandırıb. "Media forum" saytının məlumatına görə, Ter-Petrosyan deyib: "Beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq Ermənistan hakimiyyəti 10 nəfərdən çox siyasi məhbusu zindanda saxlamaqda davam edir, 2008-ci ilin prezident seçkisindən sonra baş verən 1 mart cinayətlərinin açılması üçün heç nə etmir". Sabiq prezident beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyasını Ermənistan hakimiyyətinə yumşaq münasibətdə qınayaraq bu yanaşmanın əks effekt verdiyini vurğulayıb: "Avropa Şurası Parlament Assambleyası ardıcıl siyasət yürütməməklə, fəal olmamaqla Ermənistan hakimiyyətinin cinayətkar hərəkətlərinə rəvac verir. Beynəlxalq təşkilatların yumşaq mövqe tutmaqla Ermənistan hakimiyyətini dəyişikliklərə sövq etmək planı nəticəsiz qalıb, əks effekt doğurub". Ter-Petrosyan daha sonra deyib: "Avropanın yüksək çinli məmurları ilə görüşlərimdən bu qənaətə gəlmişəm ki, beynəlxalq qurumların səbri tükənmək üzrədir və Ermənistandan hesab sorulacaq an yaxınlaşır".

Digər xəbərlər