PDF Oxu

Araşdırma

  • 15

"Bəzi məsələlərdə ABŞ-la Türkiyənin fikir və yanaşmaları fərqlənsə də, biz müttəfiqik"

"Bəzi məsələlərdə ABŞ-la Türkiyənin fikir və yanaşmaları fərqlənsə də, biz müttəfiqik"
"ABŞ PKK terrorçularına zərbə endirmək üçün səylərini artırıb, kəşfiyyatı gücləndirib və PKK-nın Avropadakı hesablarını dondurmaq üçün Avropadakı müttəfiqlərini inandırmağa çalışıb". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri ABŞ-ın müdafiə naziri Robert Qeyts Türkiyə-Amerikan Biznes Şurası və Türkiyənin Amerikalı Dostları təşkilatı tərəfindən Vaşinqtonda təşkil olunan ABŞ-Türkiyə münasibətləri ilə bağlı 29-cu illik konfransda söyləyib. Türkiyə rəsmilərini və hərbçilərini hədəfə alan PKK terrorçu qruplaşması ilə mübarizə aparacağı ilə bağlı ABŞ-ın verdiyi vədi bir daha xatırladan Robert Qeyts çıxışında bildirib ki, ABŞ-Türkiyə müttəfiqliyi fundamental ümumi maraqlar əsasında qurulub və iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlıq həmişəkindən də yaxındır. R. Qeyts ABŞ-Türkiyə münasibətlərinin inamla inkişafını arzuladığını deyib: "Bəzi məsələlərdə bizim fikir və yanaşmalarımız fərqlənsə də, biz müttəfiqik. Bizim regionda fundamental maraqlarımız var və bizim məqsədlərimiz də eynidir: suverenlik və qanunun aliliyinə hörmət, iqtisadi inkişaf, sabitlik və təhlükəsizliyin təminatı. ABŞ və Türkiyə razılığa gəldikləri zaman və bir-birindən narazı qaldıqları vaxt belə dost olduqlarını unutmayıblar və bu indi də davam edir. Biz həmişə rifahımız, təhlükəsizliyimiz və alyansımızın davamlılığı naminə səy göstərməliyik". NATO-da islahatlar məsələsinə də toxunan ABŞ-ın müdafiə naziri NATO-ya üzv ölkələri gələn ay Lissabonda dövlət başçıları tərəfindən müzakirə olunacaq və səsə qoyulacaq yeni strateji konsepsiyanı dəstəkləməyə çağırıb.

Digər xəbərlər