PDF Oxu

Araşdırma

  • 19

Nüfuzlu "Foriegn Policy" jurnalı:

Nüfuzlu "Foriegn Policy" jurnalı:
Azərbaycan hökumətinin növbəti il üçün dövlət büdcəsində müdafiə xərclərini artırmaq haqqında qərarı ABŞ analitikləri tərəfindən müzakirə olunur. Qlobal xarici siyasətdə əsas meyilləri izləyən ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı bu barədə yazır ki, Azərbaycan öz ordusunun müasirləşdirilməsi üçün böyük məbləğdə vəsait nəzərdə tutmuşdur. Bu, Dağlıq Qarabağ münaqişəsinin gələcəyi barədə müəyyən mülahizələrə əsas verir. Belə ki, 1988-ci ildən 1994-cü ilə qədər gedən müharibədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı rayonları işğal etmiş, həmin ərazilərdən etnik azərbaycanlılar qovulmuş və bu torpaqlarda ermənilər məskunlaşdırlımışdır. Lakin bu hadisələr Sovet İttifaqı dağılarkən baş vermişdir. Əgər müharibə bu gün yenidən başlasa, hər şey başqa cür ola bilər. Jurnal xatırladır ki, Azərbaycanın ümumi daxili məhsulu 46,13 milyard ABŞ dolları olduğu halda, Ermənistanda bu rəqəm cəmi 11,92 milayrddır. Rəsmi Bakı təkcə qonşuları Rusiya, İran, Gürcüstan və Türkiyə ilə deyil, ABŞ və Çin kimi nüfuzlu dövlətlərlə də yaxşı əlaqələr qurmuşdur. Ermənistan isə daha az sevilir. Ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirən Ermənistanın Gürsüstana münasibəti laqeyd, Türkiyə ilə əlaqəsi isə yoxdur.
Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığını diqqətə çatdıran jurnal son vaxtlar cəbhə xəttində gərginliyin artdığını bildirir.
"Foriegn Policy" Cənubi Qafqazda yeni müharibənin başlayacağı ehtimalının az olduğunu bildirsə də, hesab edir ki, bu, baş versə, Azərbaycan üstün olacaqdır.

Digər xəbərlər