PDF Oxu

Araşdırma

  • 8

Ermənistan gerçəkləri

Ermənistan gerçəkləri

Aclıq və səfalət içində olan Ermənistan vətəndaşlarının vəziyyəti günbəgün ağırlaşır. Artıq qeyri-hökumət təşkilatları, o cümlədən, iqtisadçılar həyəcan təbili çalırlar. Məsələn, Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryanın təqdim etdiyi hesabat geniş müzakirələrə yol açıb. Onun sözlərinə görə, ilin sonuna kimi əhalinin pul gəlirləri kəskin şəkildə aşağı düşəcək ki, bu da faciəvi xarakter ala bilər. Bu proses miqrasiya səbəbi üzündən son illərdə xeyli güclənib. İqtisadçı vurğulayır ki, rəsmi orqanlar, eləcə də, Milli Statistika Xidməti ümumi daxili məhsulun artmasını göstərən saxta rəqəmlər səsləndirməklə xalqı aldatmağa cəhd edir.

Mərkəzi Bankın sabiq rəhbəri bildirir ki, ölkə iqtisadiyyatında yaşanan geriləmə indi elə böyük həddə çatıb ki, rəsmi dairələr özləri belə bunu pərdələməkdə çətinlik çəkirlər: "Rəsmi statistikaya əsasən, bu ilin avqust ayında ölkə iqtisadiyyatında geriləmə iyun ayı ilə müqayisədə 20 faiz təşkil edib. Həqiqətdə bu rəqəm daha böyükdür. Lakin elə rəsmi statistikada göstərilən rəqəm də Ermənistan iqtisadiyyatının çöküşünün dəhşətli bir həddə çatdığını göstərir".
Onun dediyinə görə, hadisələrin bu şəkildə cərəyan etməsinin ən önəmli səbəblərindən biri də ölkə hakimiyyətinin antiböhran proqramına malik olmamasıdır. Yaranmış vəziyyət, Ermənistan hakimiyyətinin mövcud iş metodu, Asatryanın fikrincə, ölkənin hər hansı iqtisadi inkişaf perspektivinin olmadığını təsdiqləyir.
Bahalaşma, xüsusən də, ərzaq məhsullarının qiymətinin artımı iqtisadi geriləmə fonunda sadə əhalinin üzləşdiyi problemlərin miqyasını daha da genişləndirir. Baqrat Asatryan vurğulayır ki, hazırda Ermənistanda kartof və ətin qiyməti ABŞ, Avropa ölkələri, qonşu dövlətlərlə müqayisədə daha yüksəkdir: "Bütün bunların nəticəsidir ki, ölkədə yaşamaq istəməyən, xaricə getməyə can atan vətəndaşların sayı durmadan artır".
Baqrat Asatryanın Ermənistanın iqtisadi vəziyyətinin nə dərəcədə ağır olmasını göstərmək üçün gətirdiyi bir misal xüsusi maraq doğurur. Onun sözlərinə görə, müstəqillik barədə bəyannamənin 20 illiyinin respublika səviyyəsində qeyd olunmamasının əsas səbəbi bu tədbirin keçirilməsi üçün hökumətin lazımi maliyyə vəsaiti tapmaması olub.
Erməni ekspert qarşıdakı dövr ərzində iqtisadi geriləmənin daha sürətli xarakter daşıyacağını, nəticədə əhalinin yaşayış səviyyəsinin acınacaqlı hala düşəcəyini, ərzaq çatışmazlığının yaşanacağını diqqətə çatdırıb. Buna səbəb ola biləcək əsas amillərdən biri kimi o, Rusiyanın taxıl ixracına qoyduğu qadağanı göstərib. Ermənistanın taxıl idxal etdiyi əsas ölkənin Rusiya olduğunu xatırladan Asatryan təkcə bir həftə ərzində ölkədə unun qiymətinin 25 faiz artdığını vurğulayıb: "Qarşıdakı müddət ərzində unla yanaşı, bir çox digər məhsulların, o cümlədən, benzinin, bir sıra enerjidaşıyıcılarının qiymətinin qalxması da qaçılmaz olacaq. Bir sözlə, əhalini indikindən daha dəhşətli vəziyyət gözləyir".
Ermənistanın keçmiş xarici işlər naziri, hazırda müxalifətdə olan İrs Partiyasının sədri Raffi Ovanesyanın oğlu Qarin Ovanesyan ölkəsinin müstəqilliyinin indiki durumu və əhalinin güzəranı haqqında "İnternational Herald Tribune" qəzetində məqalə ilə çıxış edib.
Müəllif yazır: "İndi isə Yerevanın küçələri dilənçi uşaqlarla dolub. Polis ikicə dollar rüşvət ala bilmək üçün dəyənəyini sağa-sola fırladır, müəllimlər yalnız rüşvət üçün işləyirlər. Prezident bütün hüquq sisteminə, prokurorlara, onun hakimiyyətinə təhlükə yarada biləcək ictimai sektora nəzarət edir. Ermənistanda heç vaxt ədalətli məhkəmə, ədalətli seçki olmayıb. İstənilən seçkidə hakimiyyətdəki siyasi qüvvə qalib olur. Seçkidə uduzanlar heç vaxt sakitcə durub evlərinə getmirlər, gərək hər seçkidən sonra paytaxtın küçələri etiraz aksiyaları ilə dolub-daşa. 1999-cu ildə parlamentin iclasında prezidentin bütün əleyhdarları güllələndi".
Onun sözlərinə görə, ölkədə hakimiyyət oliqarx biznesmenlərin nəzarətindədir. Kimi ölkədə qazı, kimi qəndi, kimi unu monopoliyada saxlayır. Hər birinin də öz ayaması, cangüdənlər ordusu, lüks maşınlardan ibarət qarajı var. Özlərini gözə soxub maşın karvanı ilə gəzirlər. Milyardlarla dollar pulu olan bu oliqarxlar, eyni zamanda, Kremlin çevrəsindəki oliqarxlara böyük pul borcludurlar. Ona görə hər şeyi-qızıl mədənlərini, elektrik stansiyalarını Moskvadakı rəhbərlərinə satıblar. Hələ daha da çox satmağa hazırdırlar" - deyə müəllif yazır.
Beləliklə, Ermənistanın əhalisinin 2/3-si kasıb durumda yaşadığını nəzərə alsaq, Ermənistanda sosial partlayışın yaxınlaşdığını görmək olar. Forpost ölkənin düşdüyü durum göstərir ki, başında terrorçu rejimin durduğu dövlətin aqibəti acınacaqlı olur. Bu rejim Azərbaycana qarşı terror həyata keçirməklə kifayətlənməyib, indi də öz xalqına qarşı terror həyata keçirir.
Məzlum erməni xalqı isə artıq cana yığılıb, bu narazı kütlənin sayı hər gün artır. Çox böyük ehtimalla yaxın zamanda ayağa qalxan xalq bu qəddar və cinayətkar rejimi tarix səhnəsindən silib atacaq.

Digər xəbərlər