PDF Oxu

Araşdırma

  • 8

Ekoloji qanunvericilik yenə pozulur...

Ekoloji qanunvericilik yenə pozulur...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 iyul tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 99 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 10 göstəriş verilib. Ümumilikdə 18 iş üzrə 69110 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 1452 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 14 iş üzrə 1225,54 manat məbləğində iddia qaldırılmış, ondan 475,49 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 167 iş üzrə 16335,02 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 13901 manatın ödənilməsi təmin olunub.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işə baxılmamış, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 5 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.
Su ehtiyatlarının mühafizəsi üzrə 10 akt və tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 3 icrası məcburi olan göstəriş verilib. 3 iş üzrə 14000 manat məbləğində cərimə, 48 iş üzrə 4465 manat ödəmə tətbiq edilib.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 13 akt və protokol tərtib olunmuş, 68 iş üzrə 6182,02 manat məbləğində ödəmə tətbiq edilib.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunub. 9 iş üzrə 675 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunub.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunub. 2 iş üzrə 1300 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 2 iş üzrə 247,50 manat məbləğində iddia qaldırılıb.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 35 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 7 icrası məcburi olan göstəriş verilib. 5 iş üzrə 3750 manat məbləğində cərimə tətbiq edilib. 42 iş üzrə isə 5013 manat məbləğində ödəmə tətbiq edilib.

Digər xəbərlər