PDF Oxu

Araşdırma

  • 7

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sazişin tezliklə hazırlanmasında maraqlıdır"

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sazişin tezliklə hazırlanmasında maraqlıdır"
"ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin bəyanatı onların Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinə ən yüksək səviyyədə prinsipial münasibətini formulə edir". APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov həmsədr ölkələrin rəhbərlərinin son birgə bəyanatını belə şərh edib: "Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazilər azad edildikdən sonra onların bərpası üçün şərait yaradıldıqdan, kommunikasiyalar bərpa edildikdən, əhali öz daimi yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtdıqdan sonra bu əsasda işləməyə hazırdır. Bu isə öz növbəsində Dağlıq Qarabağ regionunda icmaların birgə yaşayışına, onların qarşılıqlı və sülhpərvər yaradıcı fəaliyyətinə və Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikaının tərkibində hüquqi statusunun müəyyənləşməsinə yol açacaq. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qərar və sənədləri, həmçinin Mayndorf Bəyannaməsi və ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərinin bəyanatlarından ibarət mövcud sanballı hüquqi bazanın olduğunu nəzərə alsaq, əsas sazişin hazırlanması üçün bir növ keçid xarakteri daşıyan baza prinsiplərinin hazırlanmasının zəruriliyi aradan qalxır. Hesab edirəm ki, prinsipcə beynəlxalq ictimaiyyətin mövqeyinin dəqiq və aydın şəkildə ifadə olunduğunu nəzərə alaraq, tərəflər həmsədrlərin köməyi ilə əlavə vaxt və enerji itirmədən dərhal münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş layihəsinin müddəalarının razılaşdırılmasına keçə bilərlər. Əks təqdirdə, proses daha da uzanacaq, çünki baza prinsiplərinin işlənib hazırlanması nizamlanma istiqamətində heç bir praktiki nəticə verməməkdədir, qarşıda isə nizamlanma barədə saziş hazırlamaq lazım gələcək. Azərbaycan sazişin tez bir zamanda hazırlanması və yuxarıda qeyd olunan əsaslarda reallaşdırılmasında maraqlıdır".

Digər xəbərlər