PDF Oxu

Araşdırma

  • 12

Demoqrafik fəlakət Ermənistan ordusunu diz çökdürür

Demoqrafik fəlakət Ermənistan ordusunu diz çökdürür
Ermənistan uzun müddətdir ki, iqtisadi böhran şəraitindədir. Əlbəttə, bu fakt özünü bütün sahələrdə olduğu kimi orduda da göstərir. Erməni mətbuatının yazdığına görə, 2005-ci ildən bu yana çağırışçıların sayı xeyli azalıb. Belə ki, sosial vəziyyətin ağırlığı əhalinin xüsuilədə gənclərin xarici ölkələrə qaçmasına səbəb olur.
Araşdırmalar göstərir ki, Ermənistanda son illərdə orduya çağırılanların sayı 48 minə düşüb. Ölkədə yaşayan əhalinin qismən varlı hissəsi övladlarını rus zabitlərinin rəhbərlik etdiyi hərbi hissələrə göndərirlər. Onlar da rus dilini bilmədikləri üçün təsərrüfat işlərində işləyirlər. Xidmət müddəti 2 il olmasına baxmayaraq, yaranan boşluğu doldurmaq daha da çətinləşir. Burada bir haşiyə çıxaq.
Tarixi ərazilərimizdə özlərinə dövlət yaradan bədnam xislətli ermənilərlə 1994-cü il mayın 12-də imzalanmış atəşkəs, həmin vaxtdan etibarən, onlar tərəfindən tez-tez pozulur. Bununla da, aydın olur ki, ermənilər heç bir hüquqi sənədə məhəl qoymur, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmirlər. Görəsən, dünya birliyi bu məsələdə niyə susur?
ATƏT-in Minsk qrupunun fəaliyyətində də heç bir uğur nəzərə çarpmır. Halbuki bu qurumun üzvü olan dövlətlər Ermənistana təzyiqlər göstərməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilərlər. Görünür, bunu etmək istəmirlər. Məsələnin uzanması isə Ermənistanın ziddinə işləyir. Belə olduğu halda isə, başqa vasitələrə əl atmaq qaçılmaz olur. Bütün beynəlxalq sənədlər ərazi bütövlüyünü rəhbər tutursa, demək, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini hansı yolla olursa olsun, təmin edə bilər. Bu maddə bu yaxınlarda Milli Məclis tərəfindən qəbul edilmiş Hərbi Doktrinada da öz əksini tapır.
Demək olar ki, hər gün cəbhə bölgələrində ermənilərin atəşkəsi pozması, nəinki beynəlxalq tələblərə ziddir, hətta qəbul edilmiş sənədləri ayaqlar altına atmaq deməkdir. Bu da bir faktdır ki, atəşkəsin pozulması Ermənistan rəhbərliyinin göstərişidir. Hətta iş o yerə çatıb ki, cəbhə bölgələrində monitorinq keçirilən vaxt da düşmən tərəf atəş açır. Bu, həm də gündən-günə güclənən Azərbaycan Ordusunun qüdrətindən yaranan bir xofdur. Son 5-6 ildə dövlətimizin hərbi sahəyə ayırdığı vəsaitin 10 dəfədən çox artırılması, onu göstərir ki, ordumuz təkcə Qafqazda deyil, bütün dünyada öz peşəkarlığı ilə seçilən ordulardan biridir. Bu fikirləri aprelin 23-də Prezident İlham Əliyevin Müdafiə Nazirliyində keçirdiyi müşavirədə etdiyi çıxış da təsdiq edir. Ali Baş Komandan vurğuladı ki, Azərbaycanın ən böyük güzəşti 20 il sülh prosesinə sadiq qalmasıdır. Ordumuzun NATO ilə əməkdaşlığının genişlənməsi, müxtəlif qaynar nöqtələrdə birgə əməliyyatların həyata keçirilməsi, Azərbaycan Ordusunun daha da güclənməsi və peşəkarlığının yüksəlməsi baxımından mühüm amildir. Bu fakt, onu deməyə əsas verir ki, ordumuz, getdikcə zəifləyən, iqtisadi durumu ağırlaşan Ermənistan ordusunu darmadağın etməyə qadirdir. Torpaqlarımızı hansı yolla olursa olsun işğaldan azad etmək hər birimizin qarşısında duran ən məsuliyyətli və şərəfli bir vəzifədir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı bu müqəddəs vəzifənin icrasına hazırdır.

Digər xəbərlər