PDF Oxu

Araşdırma

  • 11

"Müdafiə Nazirliyinə əlavə 300 milyon manatadək vəsait ayrılıb"

"Müdafiə Nazirliyinə əlavə 300 milyon manatadək vəsait ayrılıb"
Azərbaycanın Respublikasının 2010-cu il dövlət büdcəsinə edilən dəyişikliklər əsasən Müdafiə Nazirliyinə əlavə 300 milyon manatadək vəsait ayrılıb. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ayrılan vəsait müharibə vəziyyətində olan ölkəmizin ordusunun daim yüksəktəminatlı olmasına təsir edəcək, ilk növbədə, onun maliyyə problemlərinın həll edilməsinə yönələcək. Yeni vəsaitlərin ordu infrastrukturunun yaxşılaşdırılması və yeni silahların alınmasına yönəldiyini dilə gətirən millət vəkili söyləyib ki, ordu infrastrukturunun yaxşılaşdırılması dedikdə kazarmaların yenidən qurulması,yolların abadlaşdırılması, kommunikasiyaların yaxşılaşdırılması və yeni silahların alınması daxildir. Açıqlamasında Dağlıq Qarabağ münaqişəsinə də toxunan A.Mirzəzadə deyib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların aparılması heç də Azərbaycan Ordusunun sülh şəraiti vəziyyətinə keçməsi demək deyil: "Ermənistan bilməlidir ki, Azərbaycan problemin həlli üçün bütün variantları, o cümlədən, hərb yolunu da daim gündəlikdə saxlayır".

Digər xəbərlər