Sabirabad və Saatlıda 250-dən çox sakin xilas edilib
Xəbər verildiyi kimi, mayın 24-də Sarısu gölündə bənd dağılıb. Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, nəticədə Sabirabad və Saatlı rayonlarının su basmış bəzi yaşayış məntəqələrində bu günədək köçməkdən imtina etmiş 250-dən artıq sakin nazirliyin xilasediciləri tərəfindən xilas edilib. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.