PDF Oxu

Araşdırma

  • 8

ABŞ Dağlıq Qarabağdakı qondarma "seçkiləri" tanımır

ABŞ Dağlıq Qarabağdakı qondarma "seçkiləri" tanımır
Birləşmiş Ştatlar daxil olmaqla dünyanın heç bir dövləti "dırnaqarası" Dağlıq Qarabağ respublikası və yaxud da orada mayın 23-də keçiriləcək "dırnaqarası" parlament seçkilərini tanımır. ABŞ-ın bu rəsmi mövqeyini AzərTAc-a Dövlət Departamentinin rəsmisi bildirib. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun münaqişənin dinc yolla nizamlanması üsullarının tapılması səylərini dəstəkləyir. Minsk Qrupu həmsədrlərindən biri kimi, ABŞ münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla işləyərək Helsinki Yekun Aktının zoraklıqdan çəkinmə, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanaraq münaiqşənin uzunmüddətli həlli yolunu axtarır.

Digər xəbərlər