PDF Oxu

Araşdırma

  • 5

Azərbaycan və Çexiya QHT-ləri əməkdaşlıq edəcək

Azərbaycan və Çexiya QHT-ləri əməkdaşlıq edəcək
Dünən Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Çexiyanın ölkəmizdəki səfiri Radek Matula ilə görüşmüşdür. R.Zeyni MQF-nin yaranması, fəaliyyəti, həyata keçirdiyi layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında səfirə məlumat vermişdir. Səfir Radek Matula geniş əməkdaşlığın təqdirəlayiq hal olduğunu vurğulamışdır. Diplomat bu istiqamətdə hər iki ölkənin QHT-lərinin qarşılıqlı faydalı əməkdaşlığının ictimai münasibətlərin inkişafına təkan verəcəyini qeyd etmişdir. Görüşdə Çexiyada fəaliyyət göstərən QHT koalisiyaları və bütövlükdə vətəndaş cəmiyyətinin müvafiq qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi, beynəlxalq tərəfdaşlıq çərçivəsində birgə forumların, "dəyirmi masa"ların keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunmuşdur.

Digər xəbərlər