PDF Oxu

Araşdırma

  • 12

Əhməd Davudoğlu: "Qafqazın taleyini mütləq dəyişdirəcəyik"

Əhməd Davudoğlu: "Qafqazın taleyini mütləq dəyişdirəcəyik"
"Bir gün Qarsdan yola çıxan avtomobil İrəvan, Kəlbəcər və Ağdam vasitəsilə rahat şəkildə Bakıya gedəcək. Qafqazın taleyini mütləq dəyişdirəcəyik. Qafqazda psixoloji inqilab gerçəkləşdirəcəyik. Bu siyasətin uğurla nəticələnməsi üçün əvvəlcə bu siyasəti aparanların inanması, sonra da başqalarını inandırması lazımdır. Biz inanırıq". Bu sözləri "Habertürk"ə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Ə. Davudoğlu Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğvinə də toxunub: "Bu, inqilabi addımdır. Ümid edirəm ki, bu yay rusiyalı turistlər Türkiyəyə vizasız gələcək. Eyni şəkildə Rusiyada çalışan türk iş adamları da ora rahat şəkildə gedə biləcək. Enerji sahəsindəki əməkdaşlıqla da Avrasiyada Türkiyə ilə Rusiya arasında rəqabət olduğuna dair düşüncələri boşa çıxarmış oluruq. Rəqabət sahəsindən əməkdaşlıq sahəsinə necə keçiləcəyinin modelini ortaya qoyuruq".

Digər xəbərlər