Ermənistanda iqtisadi gərginlik
Son 10-15 il ərzində iqtisadi gərginlik içərisində çapalayan Ermənistanda istər iqtisadi, istərsə də siyasi gərginlik getdikcə daha da gərginləşir. İqtidar xalqı həm siyasi repressiyalara məruz qoymaqda davam edir, həm də əhalinin sosial vəziyyəti daha acınacıqlı hal almaqdadır. Bu səbəbdən, erməni əhalisi ölkədə hakimiyyət dəyişikliyini tələb edir.
Bu günlərdə Ermənistanda keçirilən mitinq zamanı sabiq prezident Levon Ter-Petrosyan da bəyan edib: "İqtidarda olanlar başa düşməlidir ki, xalqın dəstəyinə malik deyillər. Gec və ya tez xalq onları hakimiyyətdən əl çəkməyə vadar edəcək. Əgər Serj Sarkisyan bunun inqilabi yolla həyata keçməsini istəmirsə, onda növbədənkənar prezident və parlament seçkilərinə getməlidir. Əks- təqdirdə, bu ilin sonuna kimi, o və komandası, çətin ki, hakimiyyətdə duruş gətirə bilsin". Sabiq prezident onu da bildirib ki, Ermənistanda ağırlaşan sosial vəziyyət də buna münbit şərait yaradır.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, ekspert Mübariz Əhmədoğlu ermənilərin bəşər cəmiyyətinə həmişə yamaq və sağalmaz yara olduğunu söylədi: "Bunlar harada yaşayıblarsa, orada böyük cinayətlər törədiblər. Bilirsiniz, dünyada bir neçə xalq göstərmək olar ki, onların tarixi, əbədi, daimi torpağı olmayıb. Onlardan biri də ermənilərdir. Erimənilərin Qafqaza gəlmələri son dövrlərin məhsuludur. Hətta bu barədə erməni alimləri özləri də dəfələrlə göstəriblər ki, ermənilər Qafqaza gəlmədirlər. Onlar Mesopotamiyada, Misir dövlətinin şimalında pərakəndə halında yaşamış tayfalar olub. Sonradan onlar Kiçik Asiya, indiki Türkiyə ərazisinə gəlmiş, Van gölünün şimali-şərqində özlərinin kiçik çarlığını yaratmışlar. Təbii ki, erməni onların adı deyil, "ərməniyə" sözündəndir, bunlar özlərini "hay" adlandırırlar. Van gölünün cənub-şərqindəki ərazi Ərməniyə adlanıbdır. Orada yaşayan haylar da erməni adını oradan götürmüşdür".
M.Əhmədoğlu ermənilərin Qafqaza gəlmələrinə də aydınlıq gətirdi. Bildirdi ki, onların Qafqaza gəlmələri İran-Rusiya müharibəsində, yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra olub. Digər ermənilərin hay-küyü isə, 1915-ci il aprel ayının 24-nü matəm günü kimi qeyd edərək, soyqırımı səviyyəsinə qaldırmalarıdır. Bütün dünya tarixçiləri dəfələrlə göstəriblər ki, Birinci Dünya müharibəsi ərəfəsində ermənilər İngiltərəyə, Fransaya, sonradan Rusiyaya satılaraq, Türkiyədə yaşaya-yaşaya arxadan türklərə zərbə vurublar. Nəticədə, hər iki tərəfdən qırğınlar olub: "Bilirsiniz, bəzi tarixi faktlara görə, 1915-ci ildə əvvəlcə ermənilər türkləri qırmağa başlayıblar, türklər isə kompakt halda yaşayan erməniləri öz ərazilərindən başqa ərazilərə köçürüblər. Təbii ki, onlardan da qırılanlar olub. Bəzi sənədlərdə göstərilir ki, 300 min erməni və 300 min türk qırılıb. Ancaq mən inanmıram ki, o dövrdə heç 300 min erməni yaşasın. Qəribəsi də odur ki, bu rəqəm hər il artır. Belə ki, bir müddət əvvəl, ermənilər bu rəqəmi 500 minə, bir qədər keçdikdən sonra, ötən əsrin 80-ci illəridə 700 minə, 90-cı illərdə 1 milyona, sonradan milyon yarıma çatdırıblar. Guya türklər 1915-ci ildə milyon yarım ermənini qırıblar. Görünür, bu işğalçı dövlətin ölüləri də artmağı "bacarır". Sözün əsil mənasında, bu yalanları ancaq soyları- zatlar yalan üstündə qurulan xəstə bir "xalq" deyə bilər.
Politoloq Rasim Musabəyov isə bu xəstə və zatları qırıq ermənilərin özlərini dünyaya yazıq kimi təqdim etdiyini bildirdi. R.Musabəyovun fikrincə, Serj Sarkisyanın yanlış siyasəti nəticəsində Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşib: "Ermənistanla strateji müttəfiq olan Rusiya 2009-cu ilin avqustunda Yerevana ağır maliyyə böhranına görə, 500 milyon dollar kredit ayırsa da, bu vəsait çoxdan tükənib. Hakimiyyət ölkədəki iqtisadi böhrandan çıxmaq üçün yeni kreditlər almaqda davam edir. Amma bu ölkənin xarici borcu əvvəlki illərlə müqayisədə 50 faizə qədər artıb: "Təbii ki, iqtisadi inkişafı olmayan ölkə ilə əlaqələr də ola bilməz. Bu baxımdan, Ermənistanda iqtisadi durum getdikcə gərginləşir. Hər hansısa ölkə və yaxud da diasporalar tərəfindən edilən köməklər isə Ermənistanın ölməməsi üçün edilən ianələrdir. Heç kimə sirr deyil ki, Cənubi Qafqaz ölkələri arasında ən ağır sosial durumun Ermənistandır. İşğalçı ölkə müstəqillik əldə etdikdən sonra daim sosial böhran keçirir. Ermənistanda miqrasiyanın yüksək səviyyəsi bu ölkənin ciddi problemlərindən biri kimi daim araşdırma mövzusudur. Adıçəkilən qurumun rəsmi statistik göstəricilərinə görə, 1990-2005-ci illərdə Ermənistanı 1 mln nəfər tərk edib. "İcma və hüquq" qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələri son illər ərzində bu prosesin nisbətən səngidiyini göstərir. Açıqlanan son rəqəmlərə görə, 2003-cü ildən başlayaraq Ermənistanı 200 min nəfər tərk edib".
Ekspertin fikrincə, Ermənistanın belə bir vəziyyətə düşməsinin səbəbi torpaqlarımızın işğal altında saxlanmasıdır: "Ermənistan nə qədər ki, işğalçı siyasət aparır, bu ölkə həmişə bütün sahələrdə tənəzzülə uğrayacaq. Lakin bunun əksi olaraq, Azərbaycan bütün bölgələrdə sürətli inkişaf yolundadır. Eyni zamanda, öz maraqlarını prinsipial şəkildə müdafiə etməkdə və güclənməkdədir. Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları təmin olunmadan həllini mümkünsüz edir. Çünki getdikcə işğalçı ölkədə siyasi-iqtisadi və sosial durum pisləşir, Azərbaycanda isə yaxşılaşır. Bu səbəbdən də, ermənilər nə qədər tez ayılsalar, özləri üçün bir o qədər yaxşı olacaq".