PDF Oxu

Araşdırma

  • 8

Ermənistan: siyasi mövcudluğun itirilməsi təhlükəsi ilə üz-üzə

Ermənistan: siyasi mövcudluğun itirilməsi təhlükəsi ilə üz-üzə

Son vaxtlar dünyada gedən siyasi və iqtisadi bəzi ölkələrdə faciəli durum yaradıb. Xarici siyasətdə Azərbaycana ardıcıl məğlubiyyətə uğrayan Ermənistanda iqtisadi böhran da güclənir. İşğalçı ölkə hakimiyyəti ölkənin sərvətlərini talayaraq, ac-yalavac xalqının qanına susayıb. Həyata keçirilən siyasət bu ölkəni və onun xalqını məhvə sürükləyir.

Erməni Milli Konqresi: "Bir müddət sonra Ermənistanda erməni qalmayacaq"

"Ölkəmiz bahaçılıq və səfillik dövrünü yaşayır. Yoxsulluğa yönələn bu siyası taktika Ermənistanı uçuruma aparacaq. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi Yerevan siyasi baxımdan heç nəyə qadir deyil". SİA-nın erməni mətbuatına istinadən əldə etdiyi məlumata görə, bu sözləri Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
Erməni xalqının səfalət içində yaşadığını bildirən müxalifətçi L. Zurabyan xalqın etiraz səsini ucaltmasını yeganə çıxış yolu kimi gördüyünü qeyd edib: "Biz erməni xalqını 6 apreldə müxalifətin təşkil etdiyi mitinqə qatılmağa çağırırıq. Məhz o zaman əzilən xalqın hüquqları tam açıqlığı ilə görünəcək".
Onun sözlərinə görə, ölkənin hakimiyyət orqanlarının digər dövlətlər tərəfindən idarə edilməsi erməni xalqının uçurumun dibinə yuvarlanmasına gətirib çıxaracaq: "Hazırda ölkənin durumu kənardan göründüyü kimi deyil. Vəziyyət getdikcə bərbadlaşır. Ölkə rəhbərinin söz sahibi olmaması, icazəsiz bir addım atmaması fonunda ölkənin hansı inkişafından danışmaq olar? Korrupsiya baş alıb gedir. Buna nə vaxta qədər dözmək olar?"
L.Zurabyan növbədənkənar prezident və parlament seçkilərinin keçirlməsinin vacib olduğunu vurğulayıb: "Yeni iqtidar hakimiyyətdə olduqları müddətdə nə edib? Sosial-iqtisadi böhranın nə yerdə olduğundan xəbəriniz var? İqtidar uğurlu bir addım atdıqları barəsində məlumat versin. Tezliklə növbədənkənar prezident və parlament seçkiləri keçirilməlidir. Yoxsa bir müddət sonra Ermənistanda erməni qalmayacaq".

Serj Sarkisyan: "Hərbi yol ermənilərin Dağlıq Qarabağdan çıxarılmasına səbəb olacaq"

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəni ermənilərdən davamlı olaraq güzəşt istəməkdə və "erməni soyqırımı"nın tanınması prosesini ləngitməkdə günahlandırıb. APA-nın məlumatına görə, Ermənistan lideri bu barədə Almaniyanın "Der Şpiegel" jurnalına bildirib.
Sarkisyan müsahibəsində əvvəlcə Türkiyənin Ermənistanla sərhədlərin açılması üçün Qarabağ probleminin həllində irəliləyişlərin olmasını istəməsini şərh edib: "Türkiyə davamlı olaraq güzəştə getməyimizi istəyir. Bu, mümkün deyil. Ən önəmli məsələ Dağlıq Qarabağ xalqına öz taleyini özü təyin etməsi haqqının verilməsidir. Təəssüf ki, deyəsən, Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq".
Azərbaycanın neft ölkəsi olması və Türkiyə kimi bir NATO üzvü tərəfindən dəstəklənməsinin "DQR"-in digər ölkələr kimi bərabər haqlara sahib olmasına mane olduğunu" iddia edən Sarkisyan, Türkiyə ilə sərhədlərin açılmasını 1915-ci il olayları ilə bağlamadıqlarını, bu səbəbə Türkiyə-Ermənistan yaxınlaşmasının alınmayacağı təqdirdə, bunun günahkarının Ermənistan olmayacağını deyib.
"Türkiyənin irəli sürdüyü tarix komissiyasının yaradılmasına niyə qarşı çıxırsınız" sualına cavabında Sarkisyan bildirib: "Türkiyədə "soyqırımı" sözünü işlədənlərin təqib edildiyi bir vəziyyətdə belə bir komissiya obyektiv fəaliyyət göstərməyəcək. Bu ideyanı ortaya atmaqda Türkiyənin arzusu "erməni soyqırımı"nın tanınması prosesini ləngitməkdir. Belə bir komissiya yaradılarsa, demək, aşkar həqiqətlər şübhə altına alınacaq. Komissiya yalnız Türkiyənin günahını etiraf etməsi halında yaradıla bilər. Biz Ağrı dağını hər zaman ürəyimizdə daşıyırıq, ancaq heç vaxt heç bir Ermənistan rəsmisi Türkiyədən torpaq tələb etməyib".
Sarkisyan 1915-ci il olayları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi barədə suala cavabında isə "Dünya qətiyyətli hərəkət etməlidir. Amerika da, Avropa da, Almaniya da. Türkiyə-Ermənistan yaxınlaşmasına yardım etmiş bütün ölkələr qəti mövqelərini ortaya qoymalıdırlar", - deyə bildirib.

Ermənistanda hərbi xunta dövlət çevrilişinə hazırlaşır

2008-ci il 19 mart tarixdə keçirilən prezident seçkilərindən sonra əhalinin əksəriyyəti seçkilərin total şəkildə saxtalaşdırılmasına etiraz əlaməti olaraq, küçə və meydanlara çıxdı. Çünki 1998-2008-ci illərdə hakimiyyətdə yer almış Robert Köçəryan və onun təmsil olunduğu klan Ermənistanda dözülməz həyat şəraiti yaratmışdı. Bu dəfə həmin klanın digər nümayəndəsi Serj Sarkisyan ölkənin birinci şəxsi olmaq üçün seçki marafonuna qatılmışdı.
R.Köçəryan qanunları pozaraq 3-cü dəfə prezident seçilməkdən ehtiyat etdiyi üçün S.Sarkisyanı baş nazir vəzifəsinə gətirdi. Bu zaman S.Sarkisyan öz mövqelərini gücləndirmək üçün "DQR"-nin müdafiə naziri Seyran Ohanyanı Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi vəzifəsinə təyin etdi. S.Ohanyanın rəhbərliyində olmaqla xüsusi hərbi birliklər müxalifətin on gün davam edən mitinqlərini gülləbaran etdi.
Mart qırğınlarından sonra, həmin generallar və zabitlər yeni nazir S. Ohanyanın əmrilə ordu sıralarından uzaqlaşdırıldılar. Bu günə qədər S.Ohanyanın rəhbərliyində olmaqla, Ermənistanda qorxu və təzyiq siyasəti yaşanılmaqdadır. Digər tərəfdən isə, müxalifətə dəstək verən, hakimiyyətdəki hərbi xunta rejiminə qarşı çıxan bütün iş adamları, məmurlar ya həbs olunublar, ya da ölkədən çıxıb gediblər. Buna görə də, Ermənistanda iqtisadi və sosial həyat tərzi daha da ağırlaşıb.
Yenidən güc tapmağa başlayan erməni müxalifətinin və əhalinin gözünü qorxutmaq üçün müdafiə naziri Seyran Ohanyan S.Sarkisyandan fərqli olaraq daha sərt mövqe sərgiləməyə başlayıb. S.Ohanyan keçmiş könüllüləri bir araya gətirərək, özünə dayanıqlı yeni güc mərkəzi yaratmağa başlayıb.
Hazırda S.Ohanyan öz reytinq əmsalını gücləndirmək üçün Azərbaycanın əleyhinə sərt və aşağılayıcı ifadələr sərgiləməyə başlayıb. Guya Ermənistan ordusu regionda ən güclü və hər kəsə cavab verməyə layiq hərbi gücdür və bu yöndə təbliğatlar aparılmaqdadır. Bunun belə olmadığını yaxşı anlayan erməni politoloqlarının fikrincə, onun siyasi ritorikaya daha çox üstünlük verməsi hakimiyyətin daha yuxarı kürsüsünə iddalı olduğunu bir daha təsdiq edir.
KİV-in təqib edilməsi, müxalifətə qarşı təzyiqlərin artırılması, ordunun hər addımda proseslərə müdaxilə etməsi, hakimiyyətdə təmsil olunanlara ölkədə inamsızlığın daha da artması regionda siyasi böhranların artmasına səbəb olub. Bütün bunların fövqündə isə S.Ohanyan özünün hakimiyyət iddiası iştahını gücləndirib. Çünki S.Sarkisyan, faktiki olaraq, prezident kimi ölkəni idarə etmək imkanlarını hər ötən gündə itirməkdədir.
S.Ohanyanın hakimiyyətin ən yüksək kürsüsünə iddialı olması, həm də Ermənistanın bir dövlət olaraq çökməsini əsas amillərdən biri hesab etmək olar. İşğalçı ölkə iqtisadi, sosial, hərbi böhranın ardından sürətlə siyasi böhrana qədəm qoymaqdadır. Bu, erməni siyasətinin məntiqi nəticəsidir və Ermənistanın bir dövlət kimi sonuna doğru aparır.

Digər xəbərlər