PDF Oxu

Araşdırma

  • 8

Azərbaycanlı müəllim dünya innovativ müəllimlər müsabiqəsində iştirak edəcək

Azərbaycanlı müəllim dünya innovativ müəllimlər müsabiqəsində iştirak edəcək
"Microsoft" korporasiyasının Almaniyanın paytaxtı Berlində keçirdiyi Avropa innovativ müəllimlər müsabiqəsinə yekun vurulub.
Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib.
Müsabiqənin yekununa görə, uğur qazanan Bakının 8 nömrəli orta məktəbinin müəllimi İlhamə Əkbərovanın adı innovativ müəllimlərin ilk "iyirmiliyinə" daxil edilmişdir. Beləliklə, azərbaycanlı müəllim Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında "Microsoft" korporasiyasının bu ilin oktyabrında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçiriləcək Dünya innovativ müəllimlər müsabiqəsində iştirak etmək hüququ qazanıb.
Müsabiqədə İ.Əkbərova Azərbaycanın Təhsil Nazirliyi və "Microsoft- Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "ULTRA", "İntel", "HP" şirkətləri tərəfindən dəstəklənən ölkəmiz üzrə innovativ müəllimlər müsabiqəsinin qalibi kimi iştirak edib. O, respublikamızı "Məzmunda innovasiyalar" ("Innovation in Content") nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib.
Ölkəmizdə keçirilən müsabiqə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təşkil olunub.

Digər xəbərlər