Azərbaycan-Koreya əlaqələri genişlənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, Cənubi Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Naziri cənab Jong Hvan Çunq nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olub. Görüş zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında 2008-ci ilin 19 may tarixində "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalandıqdan sonra "Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə Baş Plan" hazırlanıb.
Bu müzakirələrin nəticəsi olaraq prioritet istiqamətlər üzrə ilk öncə həyata keçirilmək üçün "Təmizlənmiş çırkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi", "Qobustanda bərk məişət tullantıları poliqonunun inşası", "Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması" layihələri seçilib. Bu layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının ölkəmizdə tətbiq edilməsində Cənubi Koreyanın böyük dəstəyi olacaq.
Cənubi Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Naziri cənab Jong Hvan Çunq nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində Cənubi Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyin nümayəndələri, eyni zamanda Koreyanın Beynəlxalq Podratçılar Assosiasiyası, Torpaq və Tikinti Korparasiyası, Koreya Dəmiryolu Şəbəkəsi İdarəsi, Deu Kontrakşn, Hunday Kontrakşın, Kolon və digər şirkətlərin nümayəndələri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.
Daha sonra nazirliyin inzibati binasında Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Jong Hvan Çunq və onun başçılıq nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüş zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.