Ramil Həsənov QİƏT Parlament Assambleyasının Moldovada növbəti sessiyasında iştirak edəcək
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Ramil Həsənov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İqtisadiyyat Komitəsinin növbəti sessiyasında iştirak etmək üçün martın 16-da Moldovanın paytaxtı Kişinyov şəhərinə gedəcəkdir.Türk PA-nın mətbuat xidmətindən bildirmişlər ki, R.Həsənov Türk PA-nı tanıtmaq məqsədi ilə sessiyanın iclasında çıxış edəcəkdir. Onun QİƏT PA-nın Baş katibi Aleksey Kudryavçevlə görüşü də nəzərdə tutulmuşdur. Görüşdə Türk PA ilə QİƏT PA arasında əməkdaşlıq, təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.