PDF Oxu

Araşdırma

  • 16

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qərarı türk dünyasına qarşı xəyanətin tərkib hissəsidir

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qərarı türk dünyasına qarşı xəyanətin tərkib hissəsidir

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma "erməni soyqırımı" məsələsinin bir səs çoxluğu ilə qəbul edilməsi, türk dünyası tərəfindən böyük hiddətlə qarşılanıb. Erməni fitnəsinin bariz nümunəsi olan bu addım Azərbaycanda da böyük narazılığa və etiraza səbəb olub. Ölkəmizin ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatları, siyasi partiyaları ABŞ Konqresində qəbul edilən qərara öz etirazlarını bildiriblər. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları da məlum qərarın yanlış və düşünülməmiş bir addım olduğunu bildiriblər.
Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov: "ABŞ Konqresinin uydurma "erməni soyqırımı" məsələsinin qəbul edilməsi bütövlükdə türk dünyasına qarşı xəyanətin tərkib hissəsidir"
- ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma "erməni soyqırımı" məsələsinin qəbul edilməsi bütövlükdə türk dünyasına qarşı böyük xəyanətin tərkib hissəsidir. Çünki olmayan bir məsələni şişirdərək, bu dərəcəyə gətirib çıxarmaq, sadəcə olaraq, erməni fitnəsindən başqa bir şey deyil. Türklər həmişə dünyanın ən qabaqcıl mədəni, savadlı xalqlarından olub. Amma bir çox vaxtlarda kənar qüvvələr türklərin iradəsini və birliyini sındırmaq üçün müəyyən vasitələrdən istifadə ediblər. Düşünməmək olmaz ki, ABŞ Konqresində atılan bu addım müəyyən dairələrin təsiri və diqtəsi ilə baş verməyib. Bunun üçün əlimizdə yetərli faktlar mövcuddur. Ermənilər bütün hallarda çalışırlar ki, türk faktoruna qarşı mübarizə aparsınlar. Bəzən onların bu fitnəsinə aldananlar və türklərin guya 1915-ci ildə hansısa bir "soyqırım" siyasətini həyata keçirdiyi iddia olunur. Amma hər kəsə bəllidir ki, bu, sadəcə olaraq, sözdə erməni uydurmasından başqa bir şey deyil. Bu gün isə dünyada demokratiya carçısı olan bir ölkədə belə bir halın baş verməsi heç bir reallığa sığışmır. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində belə bir məsələyə müsbət münasibətin bildirilməsi hər iki ölkə arasındakı münasibətlərə öz mənfi təsirii göstərəcək. Amma bütün bunlara rəğmən inanmaq olmaz ki, ABŞ Konqersi və Senatı, bütövlükdə, bu iddiaya müsbət qiymət verər.
YAP Göygöl rayon təşkilatının sədri Altay İsmayılov: "ABŞ-ın bu addımı bəşəriyyətin demokratiya inancına böyük zərbədir"
- Dünyanın supergücə malik olan bir ölkəsində belə bir addımın atılması bəşəriyyətin demokratiya inancına qarşı böyük zərbədir. Çünki ABŞ bütün dünyada demokratiyanın carçısı rolunda çıxış edir. Əgər doğrudan da, ABŞ öz maraqları naminə bu cür addım atırsa, o zaman onun malik olduğu bütün üstünlüklər heçə enə bilər. Bu yaxınlarda Türkiyə-Ermənistan münasibətlərində müəyyən dərəcədə yaxınlaşmanın olmasına nail olmağa çalışan ABŞ hökumətinin bu qərarını başa düşmək olmur.
Ermənilər öz qərəzli niyyətlərini həmişə yeritmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Onların "soyqırım" iddialırı isə, sadəcə olaraq, müəyyən məqsədlərinə nail olmaq üçün keçərli hesab olunur. Çünki onlar üçün əbədi heç nə yoxdur. Sadəcə olaraq, müəyyən bir dövr üçün bir sıra niyyətlərini gerçəkləşdirməyə çalışan ermənilər, hələ bundan sonra da, bir çox iyrənc əməllərə əl atacaqlar.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov: "Baş verənlər, sadəcə olaraq, türk müsəlman amilinə qarşı yönəlmiş qərəzli münasibətdir "
- Bu gün, bütövlükdə, türk dünyası özünün bir sınaq dövrünü yaşayır. Hazırda ətrafda baş verənlər, sadəcə olaraq, müsəlman türk amilinə qarşı yönəlmiş qərəzli münasibətin tərkib hissəsidir. ABŞ-ın Dövlət Departamentinin ötən gün Azərbaycan tələbələri ilə bağlı vermiş olduğu qərəzli hesabatın ardınca Konqresin qondarma erməni iddiaları ilə bağlı məsələlərə müsbət qiymət verməsi ədalətsizlikdən başqa bir şey deyil. Ermənilər uzun müddətdir ki, bu iddialarını bir çox yerlərdə həyata keçirməyə çalışırlar. Bir çox məsələlərdə özlərini əzilən və tapdalanan millət kimi göstərməklə, əslində, məkrli niyyətlərini daha sonraya saxlayırlar. Həqiqətdə isə, ermənilər "soyqırıma" məruz qalan millət kimi deyil, onu həyata keçirən millət kimi tarixə düşüb. 1992-ci ilin fevral ayının 26-da Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirmiş olduqları misli görünməmiş soyqırım siyasətindən və insanlığa qarşı cinayətdən isə nədənsə ABŞ və onun ətrafında olanlar danışmaq istəmirlər. Bu isə beynəlxalq yanaşmadakı ziddiyyətlərin, ayrı-seçkilərin olmasına dəlalət edir. Ona görə də, bütövlükdə, türk dünyasının birliyinin olması və bu qüvvələrə qarşı mübarizənin aparılması çox vacibdir.
YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov: "Qondarma erməni soyqırımına müsbət qiymət verilməsi yanlış addımdır"
- Azərbaycan, bütövlükdə, türk dünyasının və regionun aparıcı dövlətlərindən biridir. Hazırda dünyanın bir çox ölkələrində müəyyən problemlər yaşanmasına baxmayaraq, ölkəmiz öz inkişafını yaşamaqdadır. Dövlətimizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atmış olduğu addımlar bu məsələnin sülh yolu ilə həllinə böyük təkan verə bilər. Lakin bədnam Ermənistan hələ də öz çirkin niyyətini bir kənara qoya bilmir. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma erməni məsələsinə isə müsbət qiymətin verilməsi, məhz erməni riykarlığının tərkib hissəsidir.

Digər xəbərlər