Son vaxtlar dünyada gedən qlobal maliyə problemləri bəzi ölkələrdə faciəli durum yaradıb. Xarici siyasətdə Azərbaycana ardıcıl məğlubiyyətə uğrayan Ermənistanda iqtisadi böhran məngənəsində də əzilir. Bu mövzunu daim diqqətdə saxlayan Rusiya mediası yaranmış durumu hərtərəfli analiz edir və məntiqi nəticə çıxarır. İşğalçı ölkədə baş verən istənilən ictimai və sosial əhəmiyətli hadisə, nəinki Rusiyadakı erməni diasporunda, eyni zamanda, Rusiyanın özündə də böyük əks-səda doğurur.
Bu günlərdə Rusiya mətbuatında "Miabanutyun" Erməni Milli Klubunun rəhbəri Smbat Qaraxanyanın açıqlaması yayımlanıb. S.Qaraxanyan hesab edir ki, Ermənistanda normal dövlət qurulmayıb. O dövlət ki, kimin rəhbərlik etməsindən asılı olmayaraq, milli-dövlətçiliyi, ərazi bütövlüyünü və sadə vətəndaşların maraqlarını müdafiə edə bilsin.
"Hakimiyyət özü saxta yolla və güc vasitəsilə oliqarxlardan, kriminal ünsürlərdən və xarici əlaltılardan formalaşıb. Aydın məsələdir ki, bu qruplaşmalar öz ağalarının maraqlarına xidmət edirlər və onlar üçün kütlənin problemləri əhəmiyyətli deyil. Bu milli maraqların satılmasından tutmuş, təsərrüfat və maliyyə fırıldaqlarına, dramın məzənnəsi üzərində qurulmuş oyunlarda, evlərə verilən məişət qazının oğurluğuna qədər bütün yaramazlıqlar bu sahələrə rəhbərlik edənlərin xidmət etdikləri qrupların maraqlarına satılıb.
Başqa cür necə ola bilər? Hakimiyyətin yuxarı eşalonu ölkə maliyyə aktivlərinin və müəssisələrinin 95%-inə nəzarət edirsə, onda necə olmalıdır ki? Bura insan alveri, qanunsuz fahişəxanaların saxlanılmasını da əlavə etmək olar. Bu mənada, xaricdən alınan böyük həcmli kreditlərin taleyi və əsil təyinatını təsəvvür etmək çətin deyil"- deyə EMK başqanı bildirib.
S.Qaraxanyanın fikrincə, bir ölkədəki siyasi və iqtisadi problemləri həll etməyin ən effektiv üsulu kriminal aləmlə, güc strukturlarının birgə səyindən istifadə etmək resurs kimi istifadə olunur, bu ölkənin taleyi məlumdur. "Bu qeyri-formal birləşmələr öz arsenalını kriminal özbaşınalığın ən pis metodları ilə doldurublar"- Qaraxanyan belə hesab edir.
Təhsillə bağlı olan maraqlar qrupu təkcə bir sahədə deyil, başqa sahələri də nüfuz altında saxlaya bilirlər. Belə ki, son 12 ildə bu qrup tərəfindən iki spiker və başqa yüksək vəzifələrə şəxslərin namizədliyi irəli sürülüb (Armen Xaçatryan, 1999-2003-cü illərdə spiker olub, indi Ukraynada səfirdir, Artur Baqdasaryan 2003-2006 illərdə bu vəzifədə olub, 2008-ci ildən Təhlükəsizlik Şurasının katibidir, keçmiş təhsil naziri Serqo Eritsyanı bu qrup irəli sürüb, 2003-2007-ci illərdə parlamentin təhsil komissiyasının sədri olmuş Qranuş Akopyan indi diaspor məsələri üzrə nazirdir). Xatırladaq ki, keçmiş SSRİ respublikalarındn yalnız Ermənistanda korrusiyaya qarşı mübarizə haqqında qanunvercilik sənədi yaradılmayıb.
Erməni oliqarxları öz pullarını və çirkli yolla əldə edilmiş vəsaitləri ənənəvi ölkələrə- İsveçrə, Kipr, Livan, BƏƏ, Lixtenşteyn, Hernsi adası (Böyük Britaniya) yatırırlar. Lakin qeyri-ənəvi ölkələr də var. Bu sırada Cənubi Avropa və Balkan ölkələri (Xorvatiya, Qaradağ, İtaliya, Bolqarıstan, Rumıniya və Yunanıstan), İsrail ("Apoalim" bankı), hətta Türkiyə, Latın Amerikası ölkələri (Argentina və Beliz) və s. ölkələrin adlarını çəkmək olar.
Mətbuatın yazdığına görə, ABŞ xüsusi xidmət orqanları öz ölkələrində Ermənistandan olan korrupsioner məmurlar və oliqarxlar tərəfindən çirkli pulların yuyulması faktları qeydə alıb.
Yeri gəlmişkən, "Forbs-Armenia" jurnalının ilk nömrəsində dərc olunan bir məqaləyə diqqət yönəltmək istərdik. Jurnalın bu nömrəsi 2006-cı ilin dekabrında nəşr olunub. Jurnal Ermənistanın ən varlı adamlarının ilk onluğunu dərc etmişdi. Həmin siyahını nəzərinizə çatdırırıq.
1. Qaqik Çarukyan- "Multi Qrup" Konserninin rəhbəri, "Çiçəklənən Ermənistan" partiyasının üzvü;
2. Armen Avetisyan - Gömrük Komitəsinin sədri
3. Mixail Bağdasarov- "MİKA" şirkətinin prezidenti və "Armavia"nın rəhbəri
4. Qrant Vardanyan- "Qrand Tobaqo" və "Qrand kendi"-nin prezidenti
5. Sukiasyan ailəsi- "SİL" Konserni
6. Yervand Zaharyan- Yerevan meri
7. Robert Köçəryan- Ermənistan prezidenti
8. Serj Sarkisyan- müdafiə naziri
9. Andronik Manukyan- nəqliyyat və rabitə naziri
10. David Arutunyan - ədliyyə naziri
Siyahıda olanlardan 6 nəfər dövlətdə yüksək vəzifə tuturlar, təbii ki, yalnız "əmək haqqı" hesabına bu siyahıya düşməyiblər.
"Hazırkı sistemin banisi, kemiş prezident Robet Köçəryan az müddət ərzində "xarüqələr" yaradan prezident kimi tarixə düşdü" desək, yanılmarıq. Kiçik dövlətdə böyük imkanları belə az vaxtda öz əlində cəmləşdirmək hər adama nəsib olmur. Bizdə olan məlumatlara görə hakimiyyətdə olduğu müddətdə Köçəryan demək olar ki, ən mühüm sahələrdən gəlirlər əldə edib.
-kommunikasiya və nəqliyyat sektoru
Analitiklərin hesablamalarına görə, Köçəryan ailəsinin aktivləri 4 mlrd. dollardan yuxarı qiymətləndirilir. Hazırkı hakimiyyət isə aşağıdakı sahələrə nəzarət edir:
- gömrük
- benzin, dizel yanacağı
- metal və metal tullantılarının ixracı
- qızıl məmulatlarının idxalı
- aviadaşınmalar və aviaşirkətlərə nəzarət
- idxal məhsulları (35%- 45%).
Onu da qeyd edək ki, 150-yə yaxın erməni, ekvatorial musson və subekvatorial iqlim çətinliyinə baxmayaraq, silah gücünə Afirka cəngəlliklərində (Nigariya, Namibiya) işlədilirlər. Bu silahlı qruplaşma isə Köçəryanın oğluna məxsus şirkətin döyüşçüləridilər.
Bu ölkədə mülkiyyəti əlindən alınmış onlarla, yüzlərlə müəssisə var. Vaxtilə "Trud" qəzeti yazırdı ki, "qara siyahıya" düşmüş şirkətlər arasında kifayət qədər tanınmış və normal biznes strukturları da var. Onlar hakimiyyətin diqtəsi ilə oturub-durmadıqları üçün indiki aqibətlərini yaşayırlar. Bunların arasında QSC "Bazalt", "Aqrineks" parnik təsərrüfatı, "Motel Sevan", "Sevan-2" mehmanxana kompleksi, "İntermotor-Mercedes Mərkəzi", "Tikiş fabriki", Qafan Dağ-Mədən Kombinatı, Yerevan Kimyəvi Reaktivlər Zavodu, 1 və 7 saylı Yerevan Bazarları, "Vanna Liç" istirahət mərkəzi də var.
Yuxarıda qeyd olunanları konkretləşdirən "Miabanutyun" Erməni Milli Klubunun rəhbəri Smbat Qaraxanyan bəyan edib: "Tam əminliklə Ermənistan rəhbərlərinin hansı sahələrə rəhbərlik etdiklərini açıqlaya bilərəm" deyib. Onun szölərinə görə, eks-prezident Robert Köçəryanınşəxsi kapitalı belədir- "Artsaxbank", MAP(50%), "Armeksimbank" (həmtəsisçi), "Unibank" (həmtəsisçi), "ABB Bank" (həmtəsisçi), "Renko Construction", "Zəngəzur Mis Molibden Kombinatı", "Ardşininvestbank" (50%-dən yuxarı), "Konvers-bank"(30-50%), "Kaputan-Sevan Kompleksi" (Artak Voskanyanla birgə), "Nairi" Tibb Mərkəzi (Səhiyyə naziri Arutun Kuşkanyanla şərik), "Emporio Armani", "Stefano Ricci" və s. brendləri, "BiŞin" Tikinti Şirkəti, "Dauntaun Erevan" tikinti Şirkəti (oğlu Sedrak Köçəryan), "H2" teleşirkəti ( Samvel Mayrapetyan və indiki baş nazirin müavini Armen Gevorkyanla şərik), "SAS" mağazalar şəbəkəsi (Armen Gevorkyanla şərik), "STAR" mağazalar şəbəkəsi (30%-i böyük oğlu Sedrak Köçəryana aiddir), "Noy" Konyak-Çaxır Kombinatı (Qaqik Çarukyanla şərik), "Zvartnots" Aeroportu (30 illik müqavilə ilə Argentina vətəndaşı Eduardo Ernekyanla verilib, 30% ortaqlıq), "ARMpoçt" (böyük oğlu Sedrakla Argentina vətəndaşı Eduardo Ernekyanın ortaqlığı), mobil telefon idxalı (80%), Moskva şəhərində böyük Ticarət mərkəzi (Samvel Karapetyanla ortaqlıq), Moskva şəhərində kazino (Şakro ilə şərik), "Toyota"-nın Ermənistan nümayəndəliyi. Bundan başqa Köçəryan Rusiyada fəaliyyət göstərən "Sistema" Maliyə Komlpeksinin Direktorlar Şurasının üzvüdür.
Prezident Serj Sarkisyanın (o cümlədən, qardaşı Aleksandr və kürəkəni Mikael Minasyanın) varidatı isə belədir- "Fləş" şirkəti (Barseq Beqlaryanla şərik), yanacaqdoldurma məntəqələri, Dağlıq Qarabağda 3 çaxır zavodu (Xankəndi, Xocavənd və Karmir Şuka),
"Ararat" Bank, "Ararat" restoranlar şəbəkəsi, "MİKA" şirkəti, "Armavia" aviaşirkəti, yanacaq, benzin, aviakerosin inhisarı, "MİKA" futbol klubu, "MİKA sement", "MİKA house" İnşaat Şirkəti, Mokvada otel-restoran komleksi, Londonda xüsusi mülk, VTB Bank (zor gücünə, təzyiqlə 300 min dollara alınıb, sonra 28 milyon dollara satılıb),"Cazve" kafelər şəbəkəsi.
"Belə dövlət sistemində hansı inkişafdan söhbət gedə bilər?"- bu sualı erməni Smbat Qaraxanyan verir. Cavabı isə hamıya məlumdur.