PDF Oxu

Araşdırma

  • 10

Həmyerlimiz "Bilik" maarifçilik cəmiyyətinin mükafatına layiq görülüb

Həmyerlimiz "Bilik" maarifçilik cəmiyyətinin mükafatına layiq görülüb
Almaniyada yaşayan həmyerlimiz "Bilik" maarifçilik cəmiyyətinin verdiyi Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. Mükafatın builki sahibləri arasında Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının professoru, Vaqner mükafatı laureatı Elnarə İsmayılova da var. Mahir piano ifaçılığı, yüksək intellektual səviyyəsi ilə Azərbaycanı Avropada layiqincə təmsil edən Elnarə İsmayılova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Elnarə İsmayılova Almaniyanın iki nüfuzlu musiqi təhsili ocağında təhsilini davam etdirib. Köln və Essen Musiqi Akademiyalarının aspirantura bölmələrini fərqlənmə diplomları ilə bitirib, ölməz bəstəkar Bethovenin vətəni Bonn şəhərində keçirilən piano ifaçılığı müsabiqəsinin qalibi olub. Bundan sonra o, Almaniyanın Bayroyt şəhərində görkəmli bəstəkar və pianoçu Ferents Listin əsərlərinin ən parlaq və özünəməxsus fərqliliklə ifa və interpretasiyasına görə Rixard Vaqner mükafatına layiq görülüb. Elnarə bu mükafata layiq görülən ilk azərbaycanlı musiqiçidir. Elnarə İsmayılova, həmçinin, Almaniya-Avstriya Mədəniyyət və Musiqi Cəmiyyətinin fəxri üzvüdür. Həmyerlimizin Almaniyada 5 kompakt diski çıxıb.

Digər xəbərlər