PDF Oxu

Araşdırma

  • 13

Klassik musiqi gecəsi keçirilib

Klassik musiqi gecəsi keçirilib
Milli mədəniyyətimizin xaricdə təbliği məqsədi ilə Azərbaycanın İordaniyadakı səfirliyinin binasında klassik musiqi gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan səfir Elman Araslı qonaqlara Azərbaycan milli klassik musiqisinin tarixi, inkişafı, ölkəmizin dünya şöhrətli bəstəkar və musiqiçiləri haqqında məlumat vermişdir. Gecədə Azərbaycan musiqiçiləri Anar İbrahimov (skripka), Teymur İbrahimov (skripka), İradə İbrahimova (arfa) çıxış etmişlər. Konsert proqramında Azərbaycan bəstəkarları Q.Qarayevin, Z.Bağırovun əsərləri ilə yanaşı, A.Vivaldi, İ.Bax və başqalarının əsərləri səsləndirilmişdir. Musiqiçilərimizin çıxışı tamaşaçılar tərəfindən maraqla dinlənilmiş, alqışlarla qarşılanmışdır. Konsertdə İordaniya XİN-in məsul əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfirlər, eləcə də, krallığın siyasi-ictimai dairələrinin, mətbuatın, İordaniya-Azərbaycan dostluq cəmiyyətinin və Azərbaycan icmasının nümayəndələri, tanınmış ziyalılar iştirak etmişlər.

Digər xəbərlər