PDF Oxu

Araşdırma

  • 10

Etibar Məmmədov yoxa çıxıb

Etibar Məmmədov yoxa çıxıb
Müxalifət düşərgəsində tükənmiş siyasətçilərdən olan AMİP lideri Etibar Məmmədov, uzun müddətdir ki, ortalıqda görünmür. Bir müddət öncə, siyasətə yenidən qayıdacağını bəyan edən E.Məmmədov biznes fəaliyyətində yaranmış çətinlikləri yoluna qoyan kimi aktiv siyasətlə məşğul olacağını və təmsil olunduğu düşərgədə normal abı-hava yaradacığını bildirmişdi. Lakin onun dediyi müddətdən də, artıq vaxt keçməsinə baxmayaraq, o, hələ də ortalıqda görünmür. Mənsub olduğu qurumda isə quşlar yuva saldığından, onu kimsədən soruşmaq imkanı mümkün olmadı. Dünənə kimi gecəsini-gündüzünü AMİP yolunda haram edən qurumun mətbuat və təbliğat katibi Əli Orucov yerində uzun müddət qərar tuta bilməyib. Digər bir mənbədə isə, onun da artıq partiyadan imtina edərək kiçik biznesə qurşandığı bildirildi. Nəhayət, adının çəkilməsini istəməyən AMİP liderinin Dağıstandakı biznes ortaqlarından biri E.Məmmədovun yerini və nə işlərlə məşğul olduğu barədə məlumat verdi. Vurğuladı ki, E.Məmmədovla 1998-ci ilin aprel ayından Dağıstanda kiçik biznes fəaliyyətinə başlayıblar. Daha sonra bu biznesi müəyyən dərəcədə genişləndirməyə də nail olduqlarını bildirən AMİP liderinin ortağı ötən ilə qədər birlikdə çalışdıqlarını da təsdiqlədi. Lakin sonradan E.Məmmədov tərəfindən şərik olduqları pulun bir qisminin qeyri-müəyyən səbəblərdən mənimsənildiyini bildirən AMİP liderinin ortağı artıq bir ildən artıqdır ki, onu axtardığını da dilə gətirib.
Müxalifət düşərgəsində təmsil olunan şəxslərin gizlin işləri və çirkin əməlləri barəsində, mütəmadi olaraq, məlumat vermişdik. Doğrudur, düşərgə təmsilçiləri bu halları hər vəchlə inkar etməyə çalışsalar da, son nəticədə həqiqət ortaya çıxanda, sadəcə olaraq, onlar qaçıb gizlənməklə özlərini hər şeydən uzaq tutmağa çalışırlar. AMİP lideri E.Məmmədovun aqibəti də bu cür olub. 1998-ci ilə qədər ölkədə özünü hamıdan ağıllı müxalifətçi kimi təqdim etməyə çalışan E.Məmmədovun indi harada və hansı şəraitdə yaşaması barədə məlumat verilmir. Amma nədənsə, onunla bir zaman konfliktdə olanlar onun yerini hamıdan yaxşı bilirlər. Azərbaycanın siyasi arenasında E.Məmmədov kimi siyasətçilərin tamamilə bir qara ləkə olduğunu iddia edən "KAXCP" sədri Mirmahmud Fəttayev AMİP lideri barəsində çox ilginc məlumata malik olduğunu bildirib. Müxalifətin xəyanətkar simaları sırasında ilk beşlikdə yer almış E.Məmmədov barəsində onda istənilən qədər məlumatın olduğunu bildirən M.Fəttayev onun kimi şəxslərə, ümumiyyətlə, ölkədə yer olmadığını da söyləyib.

Digər xəbərlər