PDF Oxu

Araşdırma

  • 5

"İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi" ilə bağlı seminar keçirilib

"İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi" ilə bağlı seminar keçirilib
2009-cu ilin yanvar ayından etibarən Azərbaycan Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramına ("GSP+") qoşulub. Ölkəmizin bu proqrama daxil edilməsi Azərbaycan üçün təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da ölkəmizin ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir. Azərbaycanda ixracın artırılması məqsədilə "GSP+" proqramından daha geniş istifadə olunması üçün bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də "GSP+" proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə ötən il Bakıda və ölkəmizin müxtəlif regionlarında İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi" ilə birgə "Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları" mövzusunda seminarlara başlayıb. 2010-cu ildə də bu cür tədbirlər davam etdirilir. Fevralın 10-da bu ilin ilk belə tədbiri Şəki şəhərində keçirilib. Tədbirdə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri və sahibkarlar iştirak ediblər. Seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda əlverişli biznes mühitinin formalaşdığını, sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyini, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb. Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə "GSP+" proqramı ilə bağlı ətraflı məlumat verib, proqramın Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və dünya iqtisadiyyatına inteqrasiya baxımından əhəmiyyətli olduğunu qeyd edib. Sonra Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi"nin mütəxəssisləri "GSP+" proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmış, mənşə sertifikatının verilməsi, "GSP+" sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimat keçirilmiş, sahibkarların sualları cavablandırılıb.

Digər xəbərlər