PDF Oxu

Araşdırma

  • 10

Mübariz Qurbanlı: “Sürixdə imzalanmış protokolların təsdiq olunmasına Ermənistan daha çox maraqlıdır”

Mübariz Qurbanlı: “Sürixdə imzalanmış protokolların təsdiq olunmasına Ermənistan daha çox maraqlıdır”
"Proseslər sübut edir ki, Sürixdə imzalanmış protokolların təsdiq olnumasına və Türkiyə ilə sərhədlərin açılmasına Ermənistan daha çox maraqlıdır. Bir neçə gün öncə Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollara müsbət rəy verməsi buna sübutdur". Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlının sözlərinə görə, əvvəllər Ermənistan bu protokolların Türkiyə parlamentində təsdiq edildikdən sonra müzakirəyə çıxaracağını bəyan etmişdi. Ancaq hadisələrin gedişi göstərdi ki, işğalçı dövlət öncə dediyi iddialardan geri çəkilib. Bütün bu hadisələr onu sübut edir ki, sərhədlərin açılmasında ən maraqlı tərəf Ermənistandır. "Bu dövlətin və erməni lobbisinin içərisində protokolların əleyhinə olan qüvvələrin olması barədə deyilənlər erməni hiyləgərliyinin, bu məsələdə onların ikiüzlü siyasətinin açıq nümunələridir. Bu günlərdə Türkiyə parlamentində bəyan edilib ki, Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olmasa, sərhədlər açılmayacaq. Bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana "nəfəs" vermiş olardı. Ancaq Türkiyənin mövqeyi də bu məsələdə tam aydındır" deyə YAP İcra katibinin müavini vurğulayıb. Türkiyə və Ermənistan xarici işlər nazirlərinin son telefon danışığını xatırladan M.Qurbanlı hesab edir ki, Ermənistan tərəfi artıq Türkiyəyə yalvarmaqdadır. Onun sözlərinə görə, Türkiyə isə Ermənistanla sərhədlərin açılması məsələsində öz şərtlərini saxlayır: "Ümumilikdə, bölgədə ciddi proseslərin getdiyini görməkdəyik. Bu proseslər Azərbaycan mövqeyinin də möhkəmlənməsini sübut edir".

Digər xəbərlər