PDF Oxu

Araşdırma

  • 10

Sahibkarlar dövlət qayğısı ilə əhatə olunur

Sahibkarlar dövlət qayğısı ilə əhatə olunur
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə beynəlxalq miqyasda lider dövlətə çevrilərək, dünyanın ən islahatçı ölkəsi kimi tanınır.
Bu gün dövlətin böyük diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanda sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilibdir ki, ÜDM-də özəl bölmənin xüsusi çəkisi 85 faiz təşkil edir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə qurulması, dövlət maliyyə dəstəyinin gücləndirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıbdır. Xüsusilə də, sahibkarların işgüzar əlaqələrinin qurulması, güzəştli kredit almaq imkanları xeyli genişlənibdir.
Məlum olduğu kimi, dünyanın əksər ölkələrində iqtisadi böhranın təsiri nəticəsində iqtisadiyyatda durğunluq yaranmasına baxmayaraq, Azərbaycan hər hansı problemlə üzləşməmiş, əksinə, sahibkarlığın inkişafını stimullaşdıran tədbirləri fəal şəkildə davam etdirir. Bu baxımdan, "Aqrarkredit" SKT-nin "Səs" qəzetinə verilən məlumata görə, nizamnamə kapitalı 2010-cu ildə 18535,4 min manat, məcmu kapitalı 14275,3 min manat, toplama aktivləri isə 25336,2 min manat təşkil edir. "Aqrarkredit" SKT 2009-cu il ərzində isə öz vəsaiti hesabına Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 559 sahibkarlıq subyektinə 5478,5 min manat, o cümlədən, heyvandarlığın inkişafına 2102,4 min manat, bitkiçiliyə 734,4 min manat, ticarət və xidmət sahələrinə 2533,7 min manat, digər sahələrə 108 min manat kredit xidməti göstəribdir. Kreditin ödəniş əmsalı isə, 95,8 faiz təşkil edib.
Verilən məlumatda o da qeyd olununr ki, müvəkkil kredit təşkilatı olaraq 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 282 sahibkarlıq subyektinə 1841 min manat kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilmiş kreditlərin ödəniş əmsalı 98 faiz olubdur.
Verilən məlumata görə, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının idarə etdiyi kredit layihələrindən biri də kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fondun maliyyələşdirdiyi "Şimal-Şərq İnkişaf" layihəsidir. Abşeron, Xızı, Siyəzən və Dəvəçi rayonlarını əhatə edən bu layihə üzrə il ərzində sahibkarlıq fəaliyyətilə məşğul olan 127 fiziki şəxslərə və borcalan qruplara 379,3 min manat kredit verilibdir.
"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının "Səs"ə verdiyi açıqlamasında o da qeyd olunur ki, Yaponiya hökumətinin qrantı və tərəfdaşlıq Fondu hesabına alınmış kənd təsərrüfatı texnikalarının lizinq qaydasında icarəyə verilməsindən 566,64 min manat vəsait toplanıb. Təşkilat üxrə 2009-cu il ərzində 4184, 1 min manat gəlir əldə olunub, 4067,4 min manat xərc aparılıbdır ki, nəticədə 116,7 min manat balans mənfəətinə nail olunubdur.
Təşkilatın verdiyi məlumata görə, "Regionların sosial- iqtisadi inkişafı" və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair" dövlət proqramlarına uyğun olaraq ölkənini bütün regionlarında kredit xidmətinin göstərilməsi bu il də uğurla davam etdiriləcək.

Digər xəbərlər