PDF Oxu

Araşdırma

  • 7

2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalacaq

2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalacaq
2010-cu ildə və ondan sonrakı illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, bu siyasət 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına, işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin artırılmasına imkan verəcəkdir. Eyni zamanda, sosial infrastrukturun inkişaf etdirilməsi, təhsil və səhiyyədə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və davamlı inkişafa nail olunması istiqamətində əhəmiyyətli addımlar atılacaq.

Digər xəbərlər