Ermənistanın növbəti ekoloji terroru
Görünür, dünya riyakar, riyakar olduğu qədər də həyasız diplomatların əl oyuncağına çevrilib. Əgər belə olmasaydı, Avropa Şurası kimi bir nəhəng qurum neçə ildir ki, bizim ölkəmizdə "ağa qara, qaraya ağ" deməzdi. Elə bu neçə ildə Andres Qrossla Andreas Herkeli dəli qoyun kimi Azərbaycanda fırlatmazdılar. Amma hər şeyə kor-koranə əməl etdikləri üçün də bir şey tapa bilmədilər. Nəticəsi nə oldu? 2008-si ildə Ermənistanda saxtakarlıqla keçirilən prezident seçkiləri zamanı mart qırğını oldu, Serj Sarkisyan neçə ermənini güllənin qabağına verdi, o dünyaya göndərdi, amma AŞPA bu dəfə heç səsini də çıxarmadı. Doğrudur, müzakirələr keçirdilər. Çünki yaranmış cinayəti də əvvəlkilər kimi "ört-basdır" etmək lazım idi. Əsil riyakar oyunu oynayan Avropanın yolunu bu gün Ermənistan da oynayır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Səs" qəzetinə verdiyi açıqlamasında bildirilir ki, bu günlərdə ermənilər yenə də Araz çayına tökdükləri zəhərli maddələr qatılıq həddini keçib. Göründüyü kimi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlər, yox, əsil terror siyasətinə göstərilən riyakar "yumşaqlıq" da yuxarıdakı fikirlərimizi təsdiq edir. Bu qədər ədalətsizlik, bu qədər riyakarlıq etmək olmaz, ay... daha sonra "zadlar". Belə olan halda bu, AŞPA-ların nə vaxt dili açılacaq? Belə ki, Ermənistan işğal olunmuş ərazilərimizi məhv edir, səsləri çıxmır, amma Avropada bir KÜÇƏ İTİNİ ÇUBUQLA VURANDA aləm qarışır bir-birinə. Bu yerdə lənətə gələsiniz, demiyək, nə deyək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəzetimizə verdiyi növbəti məlumatında da yenə Ermənistanın ekoloji terroru yer alır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yeni ilin ilk günü üçün növbəti monitorinq həyata keçirərkən, aydın olub ki, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən olan fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçibdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olubdur. Göründüyü kimi, bineyi-qədimdən erməni riyakar xislətli xalq olubdur.