PDF Oxu

Araşdırma

  • 7

Ölkə ictimaiyyəti “Euronyus” kanalına etiraz edir

Ölkə ictimaiyyəti “Euronyus” kanalına etiraz edir
Dünyanın 100-dən artıq ölkəsində milyonlarla tamaşaçı auditoriyasına malik olan "Euronyus" televiziya kanalı Azərbaycan Respublikasının ərazisi olan, ancaq Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağla bağlı veriliş hazırlamışdır. Həmin reportajda Belçikanın Lüven Katolik Unversitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli tarixi həqiqətləri araşdırmadan və işğalçı ölkənin maraqlarına xidmət edərək, Dağlıq Qarabağ ərazisini "Ermənistanın qəlbi" adlandırmışdır. Telekanal əməkdaşlarının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa səfəri ilə bağlı hazırladığı reportaj qeyri-obyektiv və qərəzlidir. Çox təəssüf ki, demokratiyaya və insan haqlarına hörmət etdiyini bəyan edən Avropanın məşhur televiziya kanalı 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin probleminə biganə yanaşır. Bundan əlavə, "Evronyus" kanalının hazırladığı reportajda işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki kilsə göstərilərək, regionun həm dini, həm də mənəvi baxımdan Ermənistanın tərkib hissəsi olması qeyd olunur. Lakin təəssüf doğurur ki, telekanal Şuşada olan 17 məscid haqqında heç bir məlumat verməyib. Ən acınacaqlı məqam ondan ibarətdir ki, bu cür qeyri-obyektiv, birtərəfli və Avropanın ictimai rəyini çaşdırmağa yönəlmiş reportajın telekanalda dəfələrlə yayımlanmasıdır. Onu da qeyd etmək lazımdır ki, obyektivlikdən, peşakarlıqdan uzaq olan "Evronyus" kanalının əməkdaşları Azərbaycan Respublikasının rəsmi hakimiyyət orqanlarından icazə almadan Dağlıq Qarabağa səfərini respublikamızın dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilir. Həmçinin, süjetdə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq birliyin mövqeyi gizlədilib, ölkəmizin işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurası və digər beynəlxalq qurumların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıdığı tamaşaçıların diqqətinə çatdırılmayıb. Təəssüf doğuran digər məqam ondan ibarətdir ki, dünyanın bir çox ölkəsində yayımlanan və böyük tamaşaçı auditoriyası qazanan bu cür telekanallar erməni lobbisinin təsiri altındadır. Yəni istənilən vaxt erməni lobbisi qeyd olunan telekanallara təsir göstərərək, ölkəmizin əleyhinə və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan reportajlar hazırladırlar. Heç şübhəsiz ki, Avropanın "Evronyus" kanalı da bu cür qeyri-obyektiv, insan haqlarına, beynəlxalq hüquq normalarına və ölkənin ərazi bütövlüyünə hörmətsizlik göstərmiş kanallardandır.
Sözsüz ki, "Euronyus" kanalının bu qərəzli mövqeyinə Azərbaycan ictimaiyyəti öz etirazını bildirməkdədir. Belə ki, müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları adıçəkilən telekanalın Dağlıq Qarabağ haqqında verilişinə öz etiraz bəyanatlarını səsləndirməkdədilər. Həmin bəyanatlarda qeyd olunur ki, bir çox xarici kütləvi informasiya vasitələri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan verilişlər yayımlamaqdadırlar. Çox təəssüf ki, bu verilişlər işğalçı ölkə olan Ermənistanın maraqlarına xidmət edir və təcavüzə, işğala məruz qalan Azərbaycanın haqlı mövqeyi nəzərə alınmır.
Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi və eləcə də, Avrasiya Hüquqşünaslar Assosiasiyası da "Evronyus" kanalına öz etirazlarını bildiriblər. Etiraz bəyanatlarında telekanal rəhbərliyinin nəzərinə çatdırılır ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal edilib. Etiraz bəyanatlarında, o da qeyd olunur ki, "Evronyus" kanalı öz səhvini başa düşərək, Azərbaycan xalqından üzr istəyəcək və buraxdığı öz kobud səhvinə aydınlıq gətirəcək.

Digər xəbərlər