MSK “MÜŞAHİDƏÇİLƏR ÜÇÜN YADDAŞ” KİTABÇASI BURAXMIŞDIR
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirmişlər ki, "Müşahidəçilər üçün yaddaş" kitabçası çapdan çıxmışdır.
Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir.
Yaddaş kitabçası mövcud müvafiq normativ aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, "Müşahidəçilər üçün yaddaş" kitabçası MSK-nın maarifləndirmə proqramının tərkib hissəsidir.