Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkərandakı uşaq evlərində tədbirlər keçirilib
Dünən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki internat məktəblərində "Uşaq ili" çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir" devizi altında tədbirlər keçirilib.
20 noyabr- Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ərəfəsində keçirilən tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov uşaqları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, 20 il əvvəl BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilmiş, respublikamız müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Lənkəran şəhərinin uşaq evlərində tərbiyə və təhsil alan, valideyn himayəsindən məhrum olan uşaqlara daim qayğı göstərir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayondakı hər iki internat məktəbi əsaslı təmir edilib, lazımı avadanlıq, mebel və məktəb ləvazimatları ilə təmin olunub.
Tədbirlərdə uşaqlar şeir söyləmiş, mahnılar oxumuş, rəqs etmişlər.