PDF Oxu

Araşdırma

  • 14

Bakıda “Svilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda “Svilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb
Dünən Bakıda İslam Konfransı Təşkilatının 40 illiyinə həsr olunan "Svilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nin məlumatına görə, konfrans Azərbaycan Diplomatik Akademiyası (ADA) və İslam Konfransı Təşkilatı (İKT) Baş Katibliyi tərəfindən təşkil olunub.
Konfransı ilk olaraq ADA-nin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev açıb. H.Paşayev deyib ki, Azərbaycan dövləti mədəniyyətlərarası və xalqlararası dialoq sahəsində yaxından səylər göstərir. Onun sözlərinə görə, İKT dünyada sülhə, ədalətsizliyə son qoymaq üzrə böyük işlər görüb və Azərbaycan da bu təşkilatla yaxından əməkdaşlıq edir.
"Bu kimi tədbirdə İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu da böyük işlər görüb. Bakı bu sahədə böyük model rolunu oynayır. Bakı şəhəri mədəniyyətlərarası dialoq sahəsində böyük işlər görür. Gələcəkdə Bakı Avropa mədəniyyətinin paytaxtı kimi seçiləcək", - deyə H.Paşayev əlavə edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İdarə və öz adından tədbir iştirakçılarını salamlayıb. Bütün Qafqazın şeyxi dünya müsəlmanlarını təbrik edib. "Mən fəxr edirəm ki, vətənim Azərbaycan keçmiş sovet ölkələri arasında İslamın mədəniyyət paytaxtı seçilən ilk dövlətdir. Azərbaycanın islam aləmi çox zəngindir. Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövləti islam birliyinə böyük önəm verir. Son illər İKT konfranslarının Bakıda keçirilməsi, bu təşkilatın Azərbaycana verdiyi önəmdən irəli gəlir". - deyən A.Paşazadə bildirib ki, bu gün ki mövzuya həsr olunan konfrans da məhz həmin dəyərlərdən qaynaqlanır.
Onun sözlərinə görə, islamla bağlı nəşrlərin dünya üzrə çapında Heydər Əliyev Fondunun böyük rolu olub. "Bizim məqsədimiz mühüm əhəmiyyətə malik svilizasiyalararası dialoq mövzusunda keçirilən konfransdan tədbir iştirakçılarının yararlanmasıdır", - deyə A.Paşazadə əlavə edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən konfransın eyni zamanda İKT-nin yaranmasının 40 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. O, bu konfransın Bakıda keçirilməsindən böyük şərəf duyduğunu ifadə edib.
"Mən Baş katibə, ADA-nin rəhbərinə və digər nümayəndələrə öz təşəkkürümü bildirirəm. Ümüdvaram ki, iki günlük konfransda dini münaqişələrin həlli ilə bağlı bir sıra çıxışlar olacaq. Bundan əlavə digər məsələlərlə bağlı da müzakirələr aparılacaq. İKT böyük və güclü təşkilata çevrilib. Bu təşkilat öz üzvlərini artırmaqla beynəlxalq sülh, təhlükəsizliyin inkişafı ilə bağlı böyük səylər göstərir. İKT sistemində bir neçə sənədlər və qərarlar qəbul olunub. İKT svilizasiyalararası dialoq sahəsində qarşılıqlı əməkdaşlığa böyük önəm verib. Azərbaycan İKT-yə daxil olmasında böyük töhfələr görüb", - deyə nazir E.Məmmədyarov qeyd edib. Nazir E.Məmmədyarov Azərbaycanla İKT arasında əməkdaşlığın yaranmasının Heydər Əliyev tərəfindən qurulduğunu söyləyib. "Bunu nəticəsi olaraq Ermənistanın Azərbaycana qarşı olan təcavüzkar siyasəti İKT iclaslarında hər dəfə gündəliyə daxil edilib, Azərbaycanın mədəni abidələrinin dağıdılması, Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyətlər göstərməsi İKT-də pislənilib. 2014-cü ildə İKT konfransının Azərbaycanda keçirilməsi ilə bağlı təkliflər irəli sürüb. Dinlərarası dialoqların gücləndirilməsi Azərbaycanın preoritet istiqamətlərinə çevrilib", - deyə nazir E.Məmmədyarov vuğulayıb. E.Məmmədyarov təhsil, mədəniyyət, turizm, hüquq-mühafizə sahəsində Azərbaycanla İKT arasında bir sıra görüşlər keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu sahədə qarşılıqlı əməkdaşlıq mövcuddur.
İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanda bir həftə ərzində 2 dəfə olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib. O, ötən dəfə A.Paşazadənin yubileyində iştirak etdiyini diqqətə çatdırıb. "Qısa müddətdə Azərbaycanın İKT ilə lazımı olan məqamların müzakirəsi də bu iki gün ərazində nəzərdən keçiriləcək. Mən Elmar Məmmədyarov, Hafiz Paşayev, Allahşükür Paşazadə və digər nümayəndələrə öz təşəkkürümü bildirirəm. Azərbaycan tarixi İpək Yolunda yerləşir və Azərbaycan elmin və mədəniyyətin ötürülməsində böyük rol oynayıb. Azərbaycan dünyanın mədəniyyət mərkəzi sayılır", - deyə E.İhsanoğlu əlavə edib.

Digər xəbərlər