Həmsədrlər Ermənistana gediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Bakıya səfəri başa çatıb.
APA-nın məlumatına görə, diplomatlar bu gün günün ikinci yarısında Tiflisə yola düşüblər. Tiflisdən İrəvana gedəcək həmsədrlər sabah Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Qeyd edək ki, Y. Merzlyakov, B. Fasie və A. Kaspşik Azərbaycana bu gün gəliblər. R. Bradtke isə üç gün əvvəldən Bakıda olub. Bu gün həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriblər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.