PDF Oxu

Araşdırma

  • 12

“Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir

“Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir
Noyabrın 2-də Bakıda gəncliyin inkişafında İKT-nin rolu mövzusu üzrə konfransda beynəlxalq kampaniyalarda İKT-nın roluna həsr olunmuş təqdimat və müzakirələr aparılıb. Tədbirdə "Xocalıya ədalət" kampaniyası ilə bağlı təqdimat keçirilmiş, mövzu ilə bağlı fikir mübadiləsi olub. Qeyd olunub ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası beynəlxalq səviyyədə dünyanın 25 ölkəsində aparılır. Bu kampaniyanın təbliğində İKT vasitələrinin rolu danılmazdır. Bu məqsədlə internet resurslarının yaradılması Xocalı soyqırımının dünyada tanıdılmasında müstəsna rol oynamaqdadır. Azərbyacan bu sahədə xeyli müsbət işlər görmüşdür. İclasa sədrlik edən İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İskəndərov mövzu ilə bağlı saytın yaradıldığını bildirərək qeyd edib ki, hazırda kampaniyaya dünyanın 125 təşkilatı və 125 min insan qoşulub. Baş katib Xocalı soyqırımının ildönümü ərəfəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini də söyləyərək deyib: -İlk növbədə "Xocalıya ədalət" kampaniyası ilə bağlı saytda bir il ərzində baş verən yeniliklərin təqdimatı keçiriləcəkdir. Təxminən 5 ölkədə mövzu ilə bağlı kitabların nəşri nəzərdə tutulur. Dekabrın 10-da Cenevrədə İnsan Haqları gününə həsr olunmuş "Xocalı soyqırımı insan haqlarının perspektivi baxımından" adlı konfransın keçirilməsi planlaşdırılır. Bu tədbirlərin hamısının hazırlanması və İKT vasitəsilə dünyaya çatdırılmasının yolları bu konfransda müzakirə olunacaqdır. Bilirsiniz ki, hazırda bu kampaniya 25 ölkədə aparılır. Həmin ölkələrdə kampaniyanı aparan milli əlaqələndiricilər bu tədbirə qoşulmuşlar. Sabah gün ərzində onlar treninqlər keçəçək və müvafiq sertifikatlar alacaqlar".

Digər xəbərlər