PDF Oxu

Araşdırma

  • 13

KİV-lər layihələri uğurla icra edirlər

KİV-lər layihələri uğurla icra edirlər

Məlum olduğu kimi, Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə ayırdığı maliyyə vəsaiti hesabına layihələrin icrasını qənaətbəxş hesab edirsinizmi? Reket jurnalistləri ilə bağlı Mətbuat Şurasının əsasnaməsində müəyyən dəyişikliklər edilib. Yəni bir il müdətində nöqsanlara yol verməyən jurnalist peşə və etika qaydalarına riayət edən qəzetlərin üzərində reketçiliyin götürülməsi mümkündür. Bu məsələ nə dərəcədə effektli ola bilər? Bu məsələ ilə bağlı olaraq qəzetlərin baş redaktorlarına müraciət etdik.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Təbii ki, layihələr üzərində monitorinqlər aparılır. Mətbuata Yardım Fondu tərəfindən artıq ilkin yoxlamalar həyata keçirilib. Mənim bildiyimə görə, ayrı-ayrı qəzetlərin bu layihələrin icra vəziyyəti ilə görülən işlərin sənədləşdirilməsi prosesində redaksiyalara müəyyən tövsiyələrini və köməkliklərini ediblər. Artıq demək olar ki, qəzetlərin ön səhifələrində sözügedən layihələrlə bağlı proqramların icrasını görürük. Bir sözlə, bu yöndə çox normal şəkildə proseslər davam edir.
Bildiyimiz kimi, ölkədə bizim peşə fəaliyyətimizdən sui- istifadə edən bir zümrə formalaşıb. Əslində, onların mətbuata heç bir aidiyyatı yoxdur. Çünki onlar ancaq dilənçiliklə məşğul olurlar. Mətbuat Şurasının nizamnaməsində bu dəyişikliyin edilib- edilməməsindən asılı olmayaraq, bu fakt var və mövcuddur. Sadəcə olaraq, Mətbuat Şurası ictimai qınağı bir az inzibati yollarla ictimai əvəzləmək istəyir. Ancaq hesab eləmirəm ki, o yolu tutanlar bir ildən, iki ildən sonra ondan əl çəksinlər.

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

- Tutaq ki, hər bir kütləvi informasiya vasitəsinin və yaxud bu layihəni həyata keçirən digər qurumlara, yəni jurnalist təşkilatlarına maliyyə vəsaiti ayrılıb. Amma mənim müşahidələrimə görə, kütləvi informasiya vasitəsində, o cümlədən, bəzi mətbuat orqanlarında həyata keçirilən layihələri mətbuatdan izlənilir. Mənim izliyə bildiyim mətbuat orqanları ilə bağlı qənaətim belədir ki, onların layihələrinin icra vəziyyətini qənaətbəxş hesab etmək olar.
Mətbuat Şurasının reketçiliklə bağlı qərarı təsirə hesablanmış qərardır. Ümumiyyətlə, MŞ-nin reketçiliklə mübarizəsini və eləcə də bu istiqamətdəki qərarını müsbət hesab edirəm. Reketçiliklə məşğul olan qəzetlərin bu əməllərdən çəkinməsini də istisna etmirəm. Ola bilər ki, hər hansı bir qəzet rekitçiliklə məşğul olsun və MŞ-nin siyahısına düşsün. Belə bir mətbuat orqanı sonradan, əvvəl dediyim kimi, bu əməllərdən uzaqlaşa bilər.

Digər xəbərlər