PDF Oxu

Araşdırma

  • 6

AKP-nin gizli oyunu

AKP-nin gizli oyunu
Türkiyə_Ermənistan futbol matçından sonra yaşananlar Azərbaycanda xarici dövlətlərdən asılı vəziyyətdə olan müxalifəti yaman həvəsləndirib. Həmişə ölkədə qanunların işləmədiyi barədə saxta iddialar irəli sürən müxalifət indi Şəhidlər Xiyabanında Azərbaycan və Türkiyə bayraqlarının qanunauyğun olaraq yığışdırılmasından öz mənfur niyyətləri üçün istifadə etməyə çalışır.
Hakimiyyətə gəlmək və xalqı, onun sərvətlərini istismar etmək, regionda maraqlı olan müstəmləkəçi qüvvələrin arzularını həyata keçirə bilmək üçün şeytanla da əməkdaşlığa hazır olan müxalifətin başında duran Əli Kərimovun bayraq şousu, İsa Qəmbərovun isə Türkiyə mətbuatına silsilə müsahibələri heç də təsadüfi sayıla bilməz. Sirr deyil ki, Qərbdə Qarabağ probleminin məhz Azərbaycanın gözəştləri hesabına həll edilməsini arzu edənlər var və məhz həmin qüvvələrin təzyiqi ilə Türkiyə ilə Ermənistan arasında məlum protokollar imzalandı. Amma Azərbaycan xalqı öz hakimiyyəti ilə vəhdət təşkil etdiyi üçün burda güzəştlərə nail olmaq mümkün deyil, ona görə də xarici kəşfiyyat məhz Azərbaycandakı müxalifətdən istifadə etməklə sabitliyi pozmaqda, iqtidara və xalqa təziq göstərməkdə maraqlıdır. Bu məqsədlə hətta yaranan gündən bir-biri ilə yola getməyən, "siçan-pişik" olan AXCP ilə Müsavatı da birləşdirmək planı işə salınıb. Təbii ki, indi hər kəsi bir sual düşündürəcək ki, axı necə ola bilər ki, bu iki partiya birləşsin. Amma hər iki partiyanı maliyyələşdirən xarici kəşfiyyat qurumlarından tapşırıq qəti olduğu üçün həmin partiyalarda kimlərinsə başqa cür düşünməsi, sadəcə, mümkün deyil. Hətta mötəbər mənbədən verilən məlumata görə, bu planın həyata keçirilməsi üçün Türkiyənin hakim partiyası AKP hər iki müxalifət partiyasının rəhbərliyini müzakirə aparmaq üçün Türkiyəyə dəvət etməyi planlaşdırır. Amma ola bilsin ki, şübhə doğurmamaq üçün belə bir görüş xarici dövlətlərdən birində baş tutsun. Əgər birləşərlərsə, yeni partiyaya 2 milyon avro məbləğində maliyyə, həmçinin, ölkədə sabitliyi pozacaqları və həbs olunmaq təhlükəsi ilə üzləşərlərsə, beynəlxalq dəstək vəd edilib. 1995-ci ildə olduğu kimi hansısa xarici qüvvələrin Azərbaycanda güc və sabitliyi pozmaq yolu ilə, xalqın iradəsi əleyhinə hakimiyyətə yiyələnmək istəyən müxalifətə dəstək vəd etməsi təxribatdan, ara qarışdırmaqdan başqa bir şey deyil. Bu, bir daha kimin dost, kimin düşmən olduğunu sübut etməklə yanaşı, müxalifətin xalqdan nə qədər uzaq düşdüyünü və onu hər an satmağa hazır olduğunu göstərir. AKP hökuməti sərhədləri açmaq məsələsindən xalqın diqqətini yayındırmaq üçün burda hər bir oyuna hazırdır, təki Qərbin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilsin. Amma Azərbaycan xalqı 1995-ci ildə olduğu kimi, bu gün də öz seçdiyi hakimiyyətlə birlikdədir və istənilən təxribata layiqincə cavab verməyə hazırdır.

Digər xəbərlər