PDF Oxu

Araşdırma

  • 8

“Elmin inkişafı və yeni nailiyyətlər”i müsabiqəsi

“Elmin inkişafı və yeni nailiyyətlər”i müsabiqəsi
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" haqqında sərəncamına əsasən, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və AMEA Geologiya İnstitutunun Gənc Alimlər Şurası "Elmin inkişafı və yeni nailiyyətlər" mövzusu üzrə gənclərin intellektual müsabiqəsi ilə əlaqədar təşəbbüs irəli sürmüşlər.
Azərbaycan Milli Elmlər Akademiyasından qəzetimizə verilən məlumata əsasən, ümumakademiya miqyasında keçiriləcək bu müsabiqədə əsas məqsəd gənclərin elmə olan marağını daha da artırmaq, onların gələcək elmi fəaliyyətində uğurlu nailiyyətlər qazanmalarına yaxından kömək etməkdir. Müsabiqədə AMEA-nın institut və təşkilatlarının 18-35 yaşlar arası əməkdaşları iştirak edə bilərlər.
İştirakçılar yeni elmi fikirlər, elmi nailiyyətlər, elmin müasir problemləri, habelə, laboratoriyalarda aparılan uğurlu işlər barədə çıxışlarını hazırlaya bilərlər.
AMEA bölmələrində çalışan mütəxəssislər tərəfindən final mərhələsinə 30 nəfər seçiləcək. Final mərhələsi 24-25 noyabr tarixində keçiriləcək və finaldan keçmiş iştirakçıların çıxışlarına 5 dəqiqə vaxt ayrılacaqdır. Çıxışlar bitdikdən sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunacaq, bütün iştirakçılar sertifikat və hədiyyələrlə, qaliblər isə daha qiymətli hədiyyələr və diplomla təltif ediləcəklər.

Digər xəbərlər