PDF Oxu

Araşdırma

  • 7

Kuba Azərbaycanla iqtisadi tərəfdaşlığı bütün sahələrdə genişləndirəcək

Kuba Azərbaycanla iqtisadi tərəfdaşlığı bütün sahələrdə genişləndirəcək
Azərbaycanda səfərdə olan Kuba xarici işlər nazirinin müavini Daqoberto Rodriges Barrera jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Kuba arasında tarixən sıx əməkdaşlıq mövcud olub və biz bir-birimizə möhkəm dostluq telləri ilə bağlıyıq. Biz mövcud əlaqələri daha da genişləndirməyə çalışırıq. Bu gün ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir.
Ölkəsinin Azərbaycanla iqtisadiyyat, ticarət, mədəniyyət, idman və turizm sahələrində əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayan qonaq Kubanın iş adamlarının əsasən neft sahəsinə çox ciddi maraq göstərdiklərini qeyd edib. Hazırda ölkəmizdə müxtəlif illərdə Azərbaycanda neft sahəsində təhsil almış kubalı mütəxəssislər vardır. Biz neft sahəsinin inkişafına xüsusi diqqət yetiririk və Azərbaycanın bu sahədə zəngin təcrübəsini nəzərə alaraq, əməkdaşlıq üçün yaranan gözəl imkanlardan istifadə etmək niyyətindəyik. Biz gələcək əməkdaşlıq üçün bir sıra sahələri artıq müəyyənləşdirmişik.

Digər xəbərlər