Goranboyda Heydər Əliyevin xatirəsinə həsr edilən materialların hazırlanması sona çatmaq üzrədir
"Dahi siyasi xadim Heydər Əliyevin Goranboya 3 dəfə səfər edib. Əsas materiallar Heydər Əliyevin rayona səfərini əks etdirir. Materiallar ümumilli liderin hər 3 gəlişində rayonun sosial-iqtisadi inkişafı üçün verdiyi göstərişlər canlı şahidlərin xatirələri əsasında ərsəyə gətirilib", - deyə G.Hacıyev əlavə edib.
Qeyd edək ki, burada ulu öndərlə şəxsən görüşən 25 sakinin düşüncələrinə, xatirələrinə geniş yer verilib. Materiallar tam hazır olduqdan sonra Goranboydakı Heydər Əliyev adına Muzeyin fonduna təqdim ediləcək.