PDF Oxu

Araşdırma

  • 9

Dövlət təhsilin inkişafını diqqət mərkəzində saxlayır

Dövlət təhsilin inkişafını diqqət mərkəzində saxlayır

Son illər Azərbaycanda təhsil sürətlə inkişaf etməkdədir. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil islahatları bu gün öz müsbət nəticəsini verməkdədir. İstər ali, istərsə də orta məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, dövlət büdcəsi hesabına, o cümlədən, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə onlarla təhsil müəssisəsinin tikilməsi, əsaslı təmiri ölkə rəhbərliyinin təhsil sektoruna diqqət və qayğısından irəli gəlir.
Bundan əlavə, orta məktəb şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi, həmçinin, orta məktəblərin kampüterləşdirilməsi Prezident İlham Əliyevin uğurlu təhsil siyasətindən irəli gəlir. Neft kapitalını insan kapitalına çevirməyi qarşıya məqsəd qoyan ölkə başçısı bu məqsədə uyğun olaraq, respublika gənclərinin intellektual, savadlı böyüməsini, onların mükəmməl və dünya standartlarına cavab verən təhsilə yiyələnməsinin təmin edilməsi istiqamətində uğurlu işlər görməkdədir.
Konistitusiyadan sonra ölkəmiz və xalqımız üçün əsas qanun hesab olunan təhsil qanununun qəbul edilməsi uğurlu nailiyyətlərdəndir. Müstəqil Azərbaycanın yeni təhsil qanununun qəbul olunması, ölkəmizin ali məktəblərinə yüksək balla daxil olan tələbələrə ölkə ictimaiyyəti, o cümlədən, ziyalılar tərəfindən müsbət qiymətləndirilir.
Fəzail İbrahimli,
tarixçi-alim, millət vəkili:

- Fikrimcə, Yeni Azərbaycanın iqtisadi, siyasi, mədəni və mənəvi durumunun inkişafı ilə bağlı olaraq belə bir təhsil qanununa ehtiyac duyulurdu. Təbii ki, köhnə təhsil qanunu vaxtilə qəbul ediləndə nə Azərbaycanın iqtisadi vəziyyəti, nə də siyasi durumu bir o qədər də ürəkaçan vəziyyətdə deyildi. Təhsil Azərbaycan cəmiyyətinin və o cümlədən, iqtisadi vəziyyətinin bütövlükdə mövcudluğunun tərkib hissəsidir. Fikrimcə, yeni təhsil qanununa əsasən təhsilimiz Avropaya inteqrasiya edəcək. Bundan əlavə, bizdə artıq Baloniya sistemi mövcuddur və ölkə təhsili beynalxalq aləmin yeniliklərini özündə əks etdirən məqamlarla qurulub. Ümümiyyətlə, təhsil haqqında qəbul edilən bu qanun təhsilin ayrı-ayrı sahələri üzrə inkişafına müsbət təsir edəcək.
Bəzi ekspertlər hesab edirlər ki, sovet təhsili daha mükəmməl idi. Həmin insanlar köhnə təhsildə fəaliyyət göstərən insanlardır. Mən güman edirəm ki, artıq geriyə sovet təhsil sisteminə qayıtmaq lazım deyil və bu, uğursuzluq demək olardı.
Ölkə başçısının 102 tələbəyə prezident təqaüdünün verilməsi haqqında sərəncamı Azərbaycan təhsilinə dövlət qayğısının bariz ifadəsidir və dövlətin təhsilimizə, gənclərə diqqəti deməkdir. Eyni zamanda, təhsilimizin inkişafına böyük təkan verən məqamlardan biridir.
Vilayət Əliyev,
ADPU-nun prorektoru,
professor:

- Yeni təhsil qanunun qəbulu çoxdan gözlənilən və Azərbaycan təhsilinin bugünkü vəziyyətinə düzgün istiqamət verən çox dəyərli bir qanundur. Bu qanun uzun illər mübahisə doğurdu və üzərində dəfələrlə çoxlu işlər aparıldı. Nəhayət, ali qanunverici orqan olan Milli Məclisin Elm və təhsil komitəsi, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və eləcə də, ali təhsil müəssisələrinin kollektivlərinin birgə səyi nəticəsində adıçəkilən qanun layihəsi qəbul olunub. Mən əminəm ki, Azərbaycan təhsilində mövcud olan bəzi neqativ, mübahisəli məsələlər var ki, bu qanunun icrasından sonra öz həllini tapacaq.
Sovet təhsil sistemi o dövr üçün çox güclü təhsil sistemi idi. Həmin təhsil sistemi yüzlərlə mütəxəssis, elm, təhsil və siyasət xadimi yetişdirib. Lakin artıq dövr dəyişib, dünyaya inteqrasiya etmək lazımdır. Buna görə də, yeni təhsil haqqında qanun layihəsinin qəbul edilməsi vacib idi. Ümumiyyətlə, son illər təhsil sahəsində islahatlar uğurla davam etdirilir. Məktəbləri maddi-texniki bazası xeyli yaxşılaşdırılıb. Sözsüz ki, bu islahatların əsası ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulub. Şübhəsiz ki, yeni təhsil haqqında mövcud olan bəzi çətinliklər insanları qorxudur. Bu da təbiidir. Çünki hər zaman yeniliklər çətinliklərlə qarşılanır. Ümumiyyətlə, təhsil haqqında yeni qanunun qəbul edilməsi doğru bir addımdır.
Ölkə başçısı İlham Əliyev cənablarının bu il yüksək balla ali məktəblərə qəbul olanlara prezident təqaüdünün verilməsi gənclərdə bir situmul yaradacaq. Bundan əlavə, onların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Ümumiyyətlə, bütün bunlar təhsilimizin inkişafına yönəlmiş addımlardandır.

Digər xəbərlər