PDF Oxu

Araşdırma

  • 13

Vəfa Quluzadə: “Ermənistan - Türkiyə sərhədlərinin açılması

Vəfa Quluzadə: “Ermənistan - Türkiyə sərhədlərinin açılması
"Türkiyə Böyük Millət Məclisi Ermənistan - Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan protokolu təsdiq etməyə bilər. Ona görə ki, bu çox qeyri-populyar bir qərardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
Sərhədlərin açılmasına Türkiyə müxalifətinin kəskin ertirazını təbii sayan politoloqun sözlərinə görə, təkcə müxalifət deyil, ümumilikdə Türkiyə xalqı bu qərarın əleyhinədir. Bu qərarın Türkiyənin milli maraqlarının əleyhinə yönəlmiş olduğunu söyləyib. V.Quluzadə Türkiyədə bunun tələ adlandırıldığını da bildirdi.
"Hesab edirəm ki, bu baxımdan Ermənistan - Türkiyə sərhədlərinin açılması reallaşmaya bilər", - deyə, qeyd etdi.
O, daha sonra protokloun imzalanmasının məhz 1921-ci ilin oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi ilə eyni günə salınacağı ilə bağlı gəzən məlıumatlara da aydınlıq gətirdi:
"Bu, həm təsadüf, həm də planlaşdırmadan ibarət ola bilər. Hər halda bu qərar Türkiyənin maraqlarını qorumur. Çünki həmin sənəddə sərhədlərin açılması ilə bağlı konkret məsələ qoyulub. Türkiyənin özünün sərhədlərinin tanınması ilə əlaqədar isə heç bir məsələ qoyulmayıb".
Sərhədlərin tanınması ilə yanaşı, qondarma erməni soyqırımı məsələlərinin uzun müddət danışıqlara möhtac olacağını söyləyən politoloq, bunların həyata keçmədiyi təqdirdə, sözügedən protokolun imzalanmasını Türkiyənin alçaldılması kimi qiymətləndirdi.
V.Quluzadə, həmçinin sərhədlərin açılacağı halda onun bağlanmasının mümkünsüz olacağını deyib.

Digər xəbərlər