PDF Oxu

Araşdırma

  • 9

11 sentyabr hadisələrindən 8 il ötür

11 sentyabr hadisələrindən 8 il ötür
Bu gün 2001-ci il sentyabr ayının 11-də ABŞ-da baş verən terror aktından 8 il ötür. Qeyd edək ki, 8 il bundan öncə, Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - şimal və cənub qülləsinə "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. Bu hadisələr nəticəsində 3 minə yaxın sadə vətəndaş dünyasını dəyişdi. Bundan sonra bu terror aktının məsuliyyətini "Əl-Kaidə" terror təşkilatı öz üzərinə götürdü.
Terror nəticəsində ölən və yaralanan insanlarla bərabər, ABŞ dövlətinə də külli miqdarda maliyyə ziyanı dəydi. Bu terror aktının baş verməsi təkcə ABŞ-ın deyil, eyni zamanda, bütün dünyanın diqqət mərkəzinin buraya yönəlməsinə səbəb oldu. Bu hadisədən sonra ABŞ tərəfindən bütün dünyada terrora qarşı mübarizə kampaniyasına başlandı. ABŞ-da baş verən terror aktı terrorun bəşəriyyət üçün nə qədər böyük təhlükə kəsb etdiyini bir daha göstərmiş oldu. Dünyada terrordan əziyyət çəkən milyonlarla insanın olduğunu nəzərə alsaq, demək olar ki, bu hadisə də insanlıq üçün böyük təhlükə mənbəyi idi. ABŞ-da baş verən terror aktı təkcə ticarət binasının partladılması ilə yadda qalmadı, həm də bundan başqa elə həmin gün ABŞ-da Pentaqona məxsus bir təyyarə də vuruldu. Kütləvi şəkildə insan qırğınına səbəb olan bu terror aktından sonra ABŞ-ın o vaxtkı prezidenti Corc Buş bütün dünyanı "Əl-Kaidə"yə və onunla yanaşı digər terrorçu qruplaşmalara qarşı mübarizə aparmaqda ABŞ-a kömək etməsi çağırışı ilə çıxış elədi. Əlbəttə, dünyanın bir sıra ölkələri buna qoşulmaqla özlərinin terrora və terrorçuluğa qarşı etirazların bildirmiş oldular. Qeyd etmək lazımdır ki, Azərbaycan da erməni terrorundan əziyyət çəkən bir dövlət kimi bu aksiyaya qoşuldu.
Ötən 8 il ərzində terrorun aradan qaldırılması sahəsində xeyli işlər görülsə də, dünya hələ də bundan əziyyət çəkir. BMT-nin də bu sahədə müvafiq qərarları qəbul olunmuşdur. Terrorun aradan qaldırılması sahəsində ABŞ bir çox dövlətlərdə hərbi əməliyyatlar aparmış, bu sahədə Azərbaycan da daxil olmaqla digər dövlətlərin də dəstəyini almışdır. İraq və Əfqanıstanda keçirilən hərbi əməliyyatlar da buna sübut ola bilər. Lakin bu ölkələrdə indiyə kimi də hər gün terror aktının baş verməsi barədə xəbərlər daxil olmaqdadır.

Digər xəbərlər