Müəllimlər üçün təlimlər keçirilib
Zuğulbada Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatının Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində "İqtisadiyyata giriş" fənninin tədrisi proqramı çərçivəsində müəllimlər üçün təlimlər keçirilib.
Təlimin məqsədi təhsil islahatları proqramına uyğun olaraq ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində "İqtisadiyyata giriş" fənninin tədris keyfiyyətinin artırılmasını təmin etməkdən ibarətdir.
Təlimlərdə Bakı məktəblərinin pedaqoji kollektivlərinin nümayəndələri ilə yanaşı, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy məktəblərinin müəllimləri də iştirak etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.