PDF Oxu

Araşdırma

  • 13

Yol polisində özbaşınalıq

Yol polisində özbaşınalıq
Azərbaycanın ixrac-idxal əməliyyatlarının həyata keçirilməsində yük maşınları ilə tranzit daşınmasında davamlı inkişafı dövlətin iqtisadi siyasəti ilə şərtlənir. Azərbaycan Respublikası ərazisindən tranzit - Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəni keçən əcnəbi sürücülər ölkənin daxili yollarında yol polislərinin özbaşnalığına etiraz edirlər.
Dövlətin iqtisadi xarici siyasət kursuna zidd mövqe tutan bəzi yol polisləri regional daxili yollarda kütləvi soyğunçuluğa başlayıb. "Azərbaycana yük daşımaq bizim üçün böyük həyacandır. Çox əziyyət çəkirik. Qazandığımız pulu yol polisləri əlimizdən alır".
Bu barədə SİA-ya Türkiyədən Azərbaycana tarnazit yük daşınması ilə məşğul olan Türkiyənin "Arıhan" Kargo şirkətinin Cənubi Qafqaz üzrə idxal marşurutunda çalışan Metin Başaran adlı sürücü yazılı müraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın regional daxili yollarına nəzarət edən yol polisləri əsasız yerə nəqliyyat vasitələrini saxlayır, yoxlamalar apardıqdan sonra sürücülərdən rüşvət tələb edirlər. Vermədikdə yol polsilərinin onlara böhtan atdığını post nəzarət məntəqələrində saatlarla saxlandıqlarını bildirirlər: "Yol polisi bizdən ən az alanda 100 ABŞ dolları alır, amma adətən daha cox məbləğ istəyənlər də var. Biri aldıqdan sonra qarşı tərəfə zəng vurub, sənədlərimizi yenidən yoxlatdırır və növbəti yerdə də pul verməyə məcbur oluruq".
Artıq bu haldan bezdiklərini bildirən əcnəbi sürücülər Azərbaycana gəlməkdən imtina etdiklərini qeyd edərək, aidiyyatı qurumların bu sahədə olan özbaşnalığa son qoymalarını xahiş edirlər: "Vəziyyət belə davam etsə, Azərbaycan yük daşınması üçün nəzərdə tutulan məbləği artırmağa başlayacağıq. Bizə Azərbaycana yük daşımaq üçün çoxsaylı müraciətlər var. Bu ildən ilə artır. Biz başa düşürük ki, Azərbaycanda iqtisadiyyat inkişaf edir və bu hal ondan asılıdır. Biz bütün dünyanin hər bir dovlətini gəzirik amma yeganə qardaş dovlətimizdə bu problemlərlə qarşılaşırıq".
Qeyd edək ki, SİA-nın əməkdaşı məsələ ilə əlaqədar şəhərə daxil olan xarici nəqliyyat sürücüləri ilə apardığı söhbətlərdə faktın mövcudluğuna şahid olmuş, vəziyyətin həqiqətəndə acınacaqlı olduğunu diqqətə çatdırır.
Mövzuya qayıdacağıq...

Digər xəbərlər