“Hüquq müdafiəçiləri”nin növbəti qalmaqalı
Məlum olduğu kimi, ölkədə hər seçki ərəfəsi öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan müxalifət liderləri cinayətkar ünsürləri "siyasi məhbus" adlandırmaqla müxtəlif tədbirlər keçirirlər. Bələdiyyə seçkiləri ərəfəsi belə tədbirlərə üstünlük verən üzdəniraq "hüquq müdafiəçiləri" növbəti dəfə də AŞ PA-ya ünvanladıqları təxribatları həyata keçirmək istəyindədir. Lakin qurumun rəhbərləri dəfələrlə açıq-aydın Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəlikləri uğurla həyata keçirdiyi və ölkəmizdə son bir neçə il ərzində bütün sahələrdə həyata keçirilən geniş islahtları qeyd etməklə yanaşı, Azərbaycanın demokratiya və iqtisadi inkişaf yolunda irəlilədiyinə dair çıxışlar edirlər.
Artıq bu fakt ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin beynəlxalq səviyyədə yüksək qiymətləndərildiyinə dair mühüm bir göstəricidir. Bu isə Azərbaycanın həm xaricində, həm də daxilində olan satqın və xain qüvvələr üçün arzuolunmaz və qanqaraldıcı faktdır.
Xatırladaq ki, bir müddət əvvəl, təpədən-dırnağadək Azərbaycana qarşı xəyanətkarlıqla "yüklənmiş hüquq müdafiəçiləri", o cümlədən, Leyla Yunusova, Arzu Abdullayeva, Eldar Zeynalov və digərləri AŞ PA-nın sessiyasında guya Azərbaycanda insan hüquqlarının "pozulmasına dair" məsələ qaldıracaqlarını, bundan başqa "yeni siyasi məhbus siyahısı" hazırlayacaqlarına dair boşboğaz fikirlərlə çıxış edirdilər. Bizə verilən məlumata görə, bu günlərdə üzdəniraq hüquq müdafiəçiləri gizli görüşlər keçirərək, hətta Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumun saxta olması ilə bağlı xarici həmməruzəçilərlə dil tapmağa, xüsusilə də, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olan Andres Herkelin onların mövqelrini müdafiə etməsinə çalışdılar. Lakin yaz sessiyasında bu aruzunu həyata keçirmək istəsələr də, hər şey radikal müxalifət qüvvələrinin və xaricdəki düşmənlərin əlində zaman-zaman siyasi oyuncağa çevrilmiş "hüquq müdafiəçiləri" üçün biabırçılıqla sonuclandı.
"Hüquq müdafiəçiləri"ndən olan Çingiz Qənizadə deyilənlərin böhtan olduğunu deyib. Ç.Qənizadə bildirib ki, beynəlxalq təşkilatların nümayəndələri artıq onlarla ünsiyyət qurmaqdan belə qətiyyətlə imtina edirlər. Onun sözlərinə görə, hər seçki ərəfəsi belə bir oyunların keçirilməsinin mənasız olduğunu deyib: "Qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi isə "siyasi məhbus" məsələsini ortaya atmaq xəyanətkarlıqdır".
Ç.Qənizadə yaranmış bu vəziyyətin günahını öz "həmkarları"nın törətdikləri əməllərdə axtararaq qeyd edib: "Bəzi "hüquq müdafiəçiləri" dəfələrlə heç bir sağlam məntiqə uyğun gəlməyən və biabırçılıqlarla dolu "siyasi məhbus" siyahıları hazıralayaraq, beynəlxalq qurumlara təqdim edirlər. Hətta onların bir çoxunda ən qatı cinayətkarların adları öz əksini tapıb. Bugünkü gündə isə, belə məntiqsiz məsələni ortaya atanlar xalq qarşısında məsuliyyət daşımaldırlar. Bu da, həqiqətdir ki, dəfələrlə belə bir hal təkrar olunduğundan artıq heç bir beynəlxalq təşkilat bizimlə əməkdaşlığa səy göstərmir".
Ç.Qənizadə "hüquq müdafiəçiləri"nin ölkədə keçirilən bütün seçkilər ərəfəsi belə qalmaqal yaratmaq "xəstəliyinə" tutulduğunu da bildirdi. Onu da vurğuladı ki, görünür, belə qondarma "hüquq müdafiəçiləri" tutulduqları bu ağır dərddən qurtula bilməyəcəklər.