PDF Oxu

Araşdırma

  • 9

Məktəblilərin yay ictirahətinin yaddaqalan və mənalı olmacı üçün tədbirlər görülür

Məktəblilərin yay ictirahətinin yaddaqalan və mənalı olmacı üçün tədbirlər görülür
 Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin "Uşaq ili" elan olunacağı ilə bağlı paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda böyüməkdə olan gənc nəslin vətənə məhəbbət,  Azərbaycan dövlətçiliyinə cədaqət ruhunda tərbiyə olunmacı,  layiqli hərtərəfli inkişaf etmiş vətəndaş kimi böyüməsi istiqamətində aparılan işlərə diqqət xeyli artırılmışdır.
Hazırlanmış tədbirlər planına uyğun olaraq cari ilin iyul ayında Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, İrəli Gənclər Birliyin və  Gəncliyə Yardım Fondunun  birgə hazırladıqları layihə əsasında rayonun aztəminatlı ailələrindən olan şagirdlər  üçün kompyuter və xarici dil kursları təşkil olunmuş, bu kurslara 90 nəfər şagird cəlb olunmuş, kurslar sona  çatandan sonra şagirdlərə sertifikatlar paylanmışdır.
Avqust ayının ilk günlərində isə Səbail rayonunun 150 nəfərə yaxın məktəblisi, həmçinin, "SOS" uşaq kəndində tərbiyə alan bir qrup uşaq Səbail rayon icra hakimiyyətinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunları və Quba rayon icra hakimiyyəti ilə birgə  Quba rayonunun Qımıl-Qazma kəndində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola düşmüşlər.
Yay istirahət düşərgəsi tələb olunan bütün ləvazimatlarla təmin olunmuş,  gündəlik yeməyin hərbi səhra mətbəxində bişirilməsi, məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi, bir sözlə,  uşaqların istirahətinin daha  da maraqlı  və yaddaqalan edilməsi üçün bütün təşkilati işlər aparılmışdır. Şagirdlər yaş qrupları üzrə dəstələrə bölünmüş və  hər dəstəyə təcrübəli  dəstə rəhbərləri başçılıq edirlər. Dəstə rəhbərləri ilə yanaşı, Daxili Qoşunların zabitləri və  çavuşları da düşərgədə təlim-tərbiyə işlərində iştirak edəcəklər. Bir sözlə, burada şagirdələrin istirahətinin yaddaqalan və mənalı olması üçün lazım olan bütün tədbirlər görülmüşdür.  
Şagirdlərin istirahət dövründə onların Qubanın görməli yerlərinə, meşələrə,  rayonun  tarixi guşələrinə gəzintiləri, həmçinin, Qubadakı Soyqırım faciəsi qurbanlarına ucaldılmış abidənin və kütləvi məzarlıqların ziyarəti təşkil olunacaq, şagirdlər Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən "Vətən sevgisi" dərsləri çərçivəsində "Azərbaycanın tarixi və siyasi coğrafiyası", "Azərbaycanın bu günü və gələcəyi", "Müasir Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir" mövzularında, həmçinin, yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xac olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında  məşğələlərin  keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması  planlaşdırılmışdır.
 Yola düşməzdən əvvəl, yeniyetmələr ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.

Digər xəbərlər