AZƏRBAYCANIN YENİ KONSULLUQLARI AÇILACAQ
Bu il sentyabrın sonlarınadək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın konsulluğu rəsmi fəaliyyətə başlayacaqdır. Hazırda Azərbaycanın Argentinada, Tailandda, Vyetnamda və Xorvatiyada səfirliklərinin açılması ilə bağlı hazırlıq işləri aparılır.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Gürcüstanın Batumi şəhərində də konsulluğun açılması nəzərdə tutulmuşdur və bu istiqamətdə iş gedir. Əsas neft və qaz kəmərlərinin bu ərazidən keçməsi, dəniz limanının, neftayırma zavodlarının burada yerləşməsi nəzərə alınaraq, strateji bölgədə yerləşən Batumidə diplomatik nümayəndəliyin yaradılması məqsədəuyğun sayılmışdır.