PDF Oxu

Araşdırma

  • 12

Soyqırım siyasəti uydurmadır

Soyqırım siyasəti uydurmadır
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar göstərdiyi cəhdlər, heç bir nəticə vermir. Qondarma erməni soyqırımının tanınması barədə parlamentdə müzakirələr aparmış dövlətlər, bu soyqırımın uydurma olması barədə inam yaranmaqdadır. Artıq dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə ki, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması bizi dünyada sülhsevər, Ermənistanı isə işğalçı, qəsbkar dövlət kimi tanıdıb.
Azərbaycanın uğurlu diplomatik fəaliyyəti, sürətli inkişaf yoluna qədəm qoyması dünyanın superdövlətləri ilə əlaqələrini daha da möhkəmləndirib. Bu da erməni lobbisinin həm Dağlıq Qarabağın müstəqilliyinin, həm də qondarma erməni soyqırımının tanınmasındakı bütün fəaliyyətini heçə endirib. Bir qədər əvvəl qondarma erməni soyqırımının tanınması ilə əlaqədar ABŞ Konqresinin müzakirəsinə hazırlanmış sənədi imzalayan bir neçə konqresmenin, sonradan öz imzalarını geri götürmələri barədə verdikləri açıqlama zamanı da bunun şahidi olduq. Hətta ABŞ-ın dövlət rəhbərləri də belə bir sənədin Konqresdə müzakirəsinə açıq etirazlarını bildirdilər. Bütün bunlar Azərbaycanın dünya birliyində nüfuzunun artmasından, mövqelərinin möhkəmlənməsindən və Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşmasından xəbər verir. Ermənistanın tanınmış ziyalıları və ictimai-siyasi xadimləri də dəfələrlə təsdiqləyiblər ki, indi zaman Azərbaycanın xeyrinə işləyir və Ermənistan beynəlxalq aləmdən təcrid olunur. Ona görə də, onların erməni soyqırımı barəsindəki uydurmalarına səs verən yoxdur.
ABŞ-ın nüfuzlu lAssoşieyted Press" agentliyinin verdiyi xəbərə görə, bu günlərdə yenə də erməni lobbisi qondarma erməni soyqırımının tanınması barədə sənədi Konqresin müzakirəsinə çıxarmağa cəhd edir. Lakin ABŞ-ın ictiamiyyəti və konqresmenləri qondarma erməni soyqırımı məsələsinin yenidən gündəmə gətirilməsinə qəti etirazlarını bildirdilər. Qeyd edirlər ki, belə qondarma məsələlərin müzakirəyə çıxarılması ölkələrarası əməkdaşlığa və sərmayə qoyuluşuna mane olur. Bu da iqtisadiyyatın inkişafına əngəllər yaradır. Hətta bu gün Ermənistanın iqtisadi böhran burulğanında boğulmasının səbəbi də ölkə rəhbərinin başının belə işlərə qarışması ilə əlaqələndirilir.
Məlumatlara əsasən, ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Ermənistan hökumətinin yeritdiyi siyasətə öz etirazlarını bildirib. Onların fikrincə, Ermənistan hökumətinin rəhbərləri özlərinə var-dövlət toplamaqla məşğuldurlar. Buna görə də, bu siyasəti heç kim qəbul etmir. Hətta nüfuzlu konqresmenlərin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar imzalarından imtina etmələri, ABŞ-dakı erməni lobbisini daha da qeyzləndirib. Ermənistanda çıxan "Arovat" qəzetinin siyasi şərhçisi Sarkis Karapetyan dünyanın tanınmış şirkətlərinin və holdinqlərinin qondarma erməni soyqırımının Konqresdə müzakirəyə çıxarılmasına etiraz etmələrini və açıq şəkildə buna mane olmalarını Ermənistan diplomatiyasının iflası kimi dəyərləndirib. Qəzet qeyd edib ki, artıq Ermənistan beynəlxalq aləmdə təklənib. Əgər dünyanın tanınmış korporasiya və holdinqləri də Ermənistana qarşı etiraza başlayıbsa, bu ölkə üçün çox təhlükəlidir. Siyasi şərhçi deyib ki, qonşu dövlətlərlə müqayisədə Ermənistanda ümumi daxili məhsul istehsalı yox dərəcəsindədir. Ölkə digər dövlətlərdən asılıdır. Əgər ABŞ, Rusiya, Fransa Ermənistanı maliyyə yardımından məhrum etsə, ölkə aclıq və səfalət içərisində boğulacaq. İri şirkətlərin Ermənistandan üz döndərmələri daha acınacaqlı və faciəli fəsadlar törədəcək. Bu, o deməkdir ki, bu şirkətlər Ermənistana sərmayə qoymayacaq və onsuz da iqtisadi böhranla üzləşən ölkədə vəziyyət daha da ağırlaşacaq. Bundan ötrü isə Ermənistan rəhbərliyi həm bu dövlətlərin, həm də tanınmış şirkətlərin nümayəndələrinin təklifləri ilə razılaşmalıdır, çünki artıq çıxış yolu yoxdur.

Digər xəbərlər